Alimlər qlobal istiləşməyə qarşı mübarizədə radikal üsullar təklif edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kembric Universitetindən olan alimlər yeni elmi mərkəz yaratmağa hazırlaşırlar. Mərkəz Yer kürəsi iqlimini "düzəldəcək" texnologiyaların işlənib hazırlanması və öyrənilməsi ilə məşğul olacaq. Tədqiqatçılar, həmçinin iqlim dəyişmələri kimi təbiət üçün fəlakətli problemlərin həllində son dərəcə radikal geomühəndislik yanaşmalarını, məsələn, planetimizin qütblərinin təkrar dondurulması, həmçinin atmosferdən karbon qazının təmizlənməsi kimi məsələləri nəzərdən keçirməyə hazırlaşırlar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu cür elmi mərkəzin yaradılmasına səbəb alimlərin hazırda ətraf mühitin qorunması üçün istifadə edilən yanaşmaların insan fəaliyyəti nəticəsində planetə vurulan təhlükəli və bərpaolunmaz zərərin qarşısını ala bilməməsi olub. Layihə müəllifləri hesab edirlər ki, onların ilk təşəbbüsü atmosferə atılan karbon tullantılarının səviyyəsinin və onların qatılığının əhəmiyyətli dərəcədə azalmasına həqiqətən də kömək ola bilər.
Layihəni Britaniya hökumətinin sabiq elmi müşaviri, professor Devid Kinq əlaqələndirir.
"Yaxın 10 il ərzində biz bəşəriyyətin gələcəyini növbəti 10 min il üçün müəyyən edəcəyik. Dünyada buna bənzər məsələlərlə məşğul olan digər belə bir elmi mərkəz yoxdur", - deyə Kinq BBC-nin jurnalistləri ilə söhbətində bildirib.
Kinq tərəfindən təsvir edilən və müzakirə olunan problemin həllində gələcəkdə bizə yardım edəcək ideya nümunələri daha çox geomühəndisliklə bağlıdır. Yer kürəsi iqliminin bərpası mərkəzinə doktor Emili Şakburq rəhbərlik edəcək. O, mərkəzin əsas vəzifəsinin iqlim problemlərinin həlli olmasını müəyyən edib. Mərkəzdə təkcə iqlimşünas-alimlər deyil, həm də mühəndislər və sosioloqlar da fəaliyyət göstərəcəklər.
"Qarşımızda tariximizin ən mürəkkəb və mühüm məsələlərindən biri durur və biz onun həllinə bütün məsuliyyətimizlə və səylərimizlə yanaşmalıyıq", - deyə Şakburq qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
DÇ öncəsi məşqdə zədələndi, göz yaşları sel oldu - VİDEO
-
Ankarada yük maşını piyada keçidini aşırtdı - ANBAAN VİDEO
-
Bu qida və içkilər daha rahat yatmağa kömək edə bilər
-
Sumqayıtda qanunsuz tikili söküldü - VİDEO
-
Qvardiolanın işləmək istədiyi yeri AÇIQLADI
-
Varlı adamın məzarından SƏRVƏT ÇIXDI - VİDEO
XƏBƏR LENTİ
-
DÇ öncəsi məşqdə zədələndi, göz yaşları sel oldu - VİDEO
-
Aida Quliyeva vəfat etdi - FOTO
-
“Anam kimi adam öldürməmişəm”
-
Medvedyev, Paşinyan və qaz riyakarlığının bədəli
-
Acunun komandası İngilətərə Premyer Liqasına yüksəldi
-
Tramp İranla müharibə barədə qərarını sabah açıqlayacaq
-
Rubio: ABŞ və İran arasında irəliləyiş əldə olunub
-
“Barda olmamışam, stadiona getmişəm” - “Kəpəz”in baş məşqçisi
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
Ankarada yük maşını piyada keçidini aşırtdı - ANBAAN VİDEO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
"Birmənalı olaraq yerli futbolçunu seçərəm" - Yuri Vernidub
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Ayxan Abbasov "Şamaxı" ilə vidalaşdı
-
Ucarda ağır qəza - ölən var - FOTO
-
Türkiyədə zəlzələ oldu
-
"Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri məlum oldu
-
Azərbaycanda milli parkların ərazisi genişləndirilir - Nazirdən açıqlama
-
Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB
-
Meşələrin mühafizəsində yeni dövr: Azərbaycanda süni intellekt və dronlar tətbiq ediləcək
-
Azərbaycanda tanınmış idmançı faciəvi şəkildə öldü - FOTO
-
Zeynəb Xanlarovadan Xalq artistinin təklifinə CAVAB
-
"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı
-
500 mindən çox şəxsi maraqlandıran yenilik





