Maraqlı

Məşhur aktyor intihar etdi - FOTO

15 May 2019 13:51
0 Şərh     Baxış: 2 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış amerikalı aktyor, 42 yaşlı Ayzek Keppi intihar edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, ABŞ-ın Arizona ştatındakı Belemont şəhərinin həndəvərindəki Transwestern Road-da körpüdən özünü atıb.

Yola düşən Keppinin üzərindən yuk maşını keçib.

Polisdən verilən məlumata görə, Ayzek Keppi intihardan əvvəl yazıb: "İtirməyə heç nəyi olmayan insandan qorxun. Çünki belə insanın qoruyacağı heç nəyi yoxdur. Özümü yaxşı insan hesab edirdim, lakin belə olmamışam".

Aktyor lostlarından, habelə mərhum pop kralı Maykl Ceksonun qızı Peris Ceksondan üzr istəyib. P.Cekson 2018-ci ildə partilərdən birində Keppinin onu boğmağa çalışdığını demişdi.

A.Keppi "Terminator: Salvation", "Thor" və "Family Guy" filmlərindəki rolları ilə tanınırdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.