Maraqlı

Qalmaqallı azərbaycanlı model amerikalı pilotla evləndi - FOTO

25 Aprel 2019 19:40
0 Şərh     Baxış: 5 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yayımlanan "İşte benim stilim" yarışmasında qalmaqallı iştirakı ilə məşhurlaşan Sima Şərafəddinova amerikanlı pilotla ailə həyatı qurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Sima ailə fotolarını şəxsi "Instagram" hesabında izləyiciləri ilə bölüşüb.

Model ötən il Los-Anceles şəhərinə köçərək aerobotika dərsləri alıb, elə burada da gələcək həyat yoldaşı ilə tanış olub.

Cütlük 2019-cu ilin yanvar ayında münasibətlərini rəsmiləşdiriblər. Bir neçə gün öncə Şərafəddinova "Instagram"da ailə vəziyyəti bölməsində "subay" sözünü "evli" ilə əvəzləyib.

Qeyd edək ki, Sima hazırda ABŞ-da keçiriləcək aerobotika 2019 yarışmasına hazırlaşır. Sima Şərafəddinova model karyerasına 15 yaşında başlayıb. Müsabiqələrin birində iştirak edən Sima "Azərbaycan gözəli" seçilib. İxtisasca kompüter mühəndisi olan Şərafəddinova altı dildə danışa bilir.

Simanın arxiv fotolarına diqqətlə nəzər yetirəndə onun simasında etdirdiyi dəyişikliklər aydın sezilir. Plastik və estetik əməliyyatlar yolu ilə model görünüşünü gözəlləşdirərək özünü "barbi gəlinciyi" halına gətirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.