Uber 1 milyard dollar investisiya əldə edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uber şirkəti özünün pilotuz avtomobillər texnologiyası ilə məşğul olan Uber Advanced Technologies şöbəsinə 1 milyard dollar dəyərində investisiyanın yatırılması üzrə yaponiyalı investorlarla razılığa gəlib. Bu barədə Reuters saytına istinadən Vc.ru saytı xəbər verib. İnvestorlar qismində SoftBank holdinqi, Toyota şirkəti və avtomobil hissələrinin istehsalı ilə məşğul olan Denso şirkəti çıxış ediblər. Bu şirkətlərdən hər biri investisiya raundunda təqribi olaraq 333 milyon dollar investisiya yatıracaqlar. İnvestorlar Uber Advanced Technologies şöbəsini 7.25 milyard dollar dəyərində qiymətləndiriblər.
Milli.Az technote.az-a istinadən bildirir ki, SoftBank holdinqi ilə Toyota şirkəti artıq uzun müddətdir ki, Uber-in əsas biznesinin investorları qismində çıxış edirlər. Bu müqavilə onu göstərir ki, Uber özünün bahalı layihələri üçün xarici investorları cəlb edə bilir. Öz IPO-nun keçirilməsi üçün sorğunu göndərən zaman Uber həmin sorğuda xəbərdarlıq etmişdi ki, pilotsuz avtomobillər texnologiyasının yaradılması çox bahalı, qəliz prosesdir və nəticədə heç bir uğura nail olunmaya bilər. 2018-ci ildə şirkət bu sahədəki tədqiqatlarına 457 milyon dollar xərcləmişdi. 2016-cı ildə işə salınmış bu proqramın ümumi xərcləri isə 1 milyard dolları keçir.
Tərəflər yeni müaviləni bu ilin üçüncü rübündə bağlamağı planlaşdırırlar. Müqavilənin bağlanması nəticələrinə əsasən pilotsuz avtomobillər şöbəsi ayrıca hüquqi struktur kimi çıxış edəcək Advanced Technologies Group-a daxil ediləcək. Advanced Technologies Group isə Uber-in idarəetməsində qalacaq. Bununla yanaşı Advanced Technologies Group özünün direktorlar şurasına sahib olacaq. Həmin direktorlar şurasına nümayəndələrdən altısını Uber şirkəti, yerdə qalan iki nəfərdən hər birini isə Toyota ilə SoftBank təyin edəcəklər. Qeyd etmək lazımdır ki, Uber şirkəti may ayının əvvəlində Nyu York birjasında olacaq IPO-na hazırlaşır. Məlumata əsasən şirkət 90-100 milyard dollar bazar dəyərləndirməsi fonunda 10 milyard dollar investisiya cəlb etməyi ümid edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
XƏBƏR LENTİ
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq





