Maraqlı

Kafir kimdir?

23 Mart 2019 20:15
0 Şərh     Baxış: 2 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

- Kafir sözünün lüğəvi mənasını bilirsən?

- Bu, bir şeyin üstünü örtən şəxs deməkdir.

- Elə isə kafir nəyin üstünü örtür?

- Necə yəni nəyin üstünü örtür? Bu sözün hərfi-lüğəvi mənası ilə yanaşı, bir ixtisas sözü-termin kimi mənası da var. Belə ki, Türkiyə diyanət vəqfi (fond) tərəfindən nəşr olunan İslam ensiklopediyasında kafirə peyğəmbəri Allahdan alıb din naminə təbliğ etdiyi məsələlərdə təsdiq-qəbul etməmək, ona inanmamaq kimi bir tərif verilir.

- Quranın ilk dəfə nazil edildiyi cəmiyyətdə bu sözlərin hansısa bir terminoloji mənası var idi?

- Xeyr, belə bir şey hələ formalaşmamışdı. Sonradan yarandı.

- Elə isə kafir çox vacib bir şeyi ört-basdır edir.

- Deyin görək, kafir nəyi ört-basdır edir?!

- Kafir özündə olan imanı örtüb gizlədir.

- Kafirdə iman nə gəzir?

- Düzgün bir imana malik olmayan şəxsin kafir olmağı qeyri-mümkündür.

- Heç elə şey olar?!

- Sən heç Quranın məal-tərcüməsini oxumusan? Onun mənası ilə tanışsan?

- Əlbəttə, oxumuşam. Sizin bundan qabaqkı yazınızdan sonra Quranı daha diqqətlə oxumağa başladım.

- Fikir ver, Allah belə deyir:

"Özlərinə açıq ayələr gəldikdən sonra biganə yanaşan və ixtilaf yaradanlar kimi olmayın. Belələrinə çatan pay böyük bir əzabdır.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, o gün neçə-neçə üzlər ağ çıxar, neçə-neçə üzlər də qaralar. Üzüqara çıxanlara belə deyilər: "Siz iman gətirdikdən sonra kafir oldunuz, eləmi? Elə isə kafir olmağınızın müqabilində dadın bu əzabı!"

Üzüağ olanlar isə Allahın ikramında (rəhmət) olacaqlar. Onlar o ikram-rəhməti həmişə görəcəklər.

Budur Allahın ayələri! Onları sənə bütün həqiqiliyi ilə oxuyuruq. Allah heç kəsə haqsızlıq edilməyini istəməz!" (Ali-İmran, 3/105-108)

- Məhşər yerində kafirlərin hamısı üzüqara olacaq. Mən bunu bilirdim. Ancaq onların hamısının inanandan sonra kafir olduqlarından xəbərim yox idi. Deməli, Allah onlara belə deyəcək: "Siz iman gətirdikdən sonra kafir oldunuz, eləmi? Elə isə kafir olmağınızın müqabilində dadın bu əzabı!" Mən bunu birinci dəfə eşidirəm...

- Deməli, kafir özündə olan düzgün inancı örtüb gizlədən şəxsdir. Gizlətdiyinə görə də sən onda belə bir əqidənin olduğunu bilmirsən.

- Mənə elə gəlirdi ki, kafir Allah, peyğəmbər və kitaba inanmır.

- Düz bilirsən. Lakin heç fikirləşmisənmi ki, inanmamaq nə deməkdir? Məgər sən sənə etibar etməyən bir nəfər haqqında: "Bu adam mənə inanır", - deyə bilərsən?

- Təbii ki, deyə bilmərəm.

- Deməli, Allaha inanmayan şəxs Onu yox hesab edən, yəni, Allahın var olmadığını düşünən insan deyil; əksinə, Ona lazımi şəkildə etibar etməyən şəxsdir. Həmin şəxs Allahın bəzi sözlərini düzgün hesab etsə də, bütün sözlərini münasib və düzgün qəbul etmir. Beləliklə, Allaha tam mənada təslim ola bilmir. "Allah nə deyirsə, o cürdür, o cür olmalıdır", - cümləsini deyə bilmir.

- Yəni, demək istəyirsiniz ki, bu cür bir insan müslim ola bilmir. Çünki müslim Allaha təslim olan şəxs deməkdir. Biz ona müsəlman deyirik.

- Bəli, düzgün başa düşdün.

- Görəsən, kafir kimi səciyyələndirdiyimiz insanların bu cür söhbətlərdə: "Mənim ürəyim təmizdir. Allah qəlbimdə olanı bilir. Heç kəs mənə kafir deyə bilməz!" , - kimi reaksiya verməyi də bundan irəli gəlir?

- Bəli, bundan irəli gəlir. Gizlətdikləri imanı özləri bilirlər. Buna görə də özlərini onunla aldadıb ovundururlar. Allahın dərgahında özlərinin, yaxud da başqa bir nəfərin sözünün ötdüyünü düşündüklərinə görə də həm müşrik, həm də kafir olurlar.

- Belə çıxır ki, kafirlərin sayı bizim güman etdiyimizdən xeyli çoxdur. Yenə də deyim ki, hamının Allaha inanmağı məsələsini yaxşı başa düşə bilmədim.

- O məsələni inşallah gələn həftə müzakirə edərik.

Kafirlərlə əlaqədar bəzi Quran ayələri

Yasin surəsi

Yaxşılığı sonsuz, ikramı bol olan Allahın adı ilə!

1. Ya Sin

2. Düzgün hökmlər2 ehtiva edən Qurana and olsun ki,

3. Sən Allahın elçilərindənsən.

4. Düzgün yoldasan.

5. Bu, güclü və ikramı bol olan Allahın nazil etdiyi kitabdır.

6. Ataları xəbərdar edilməmiş bir tayfaya (qövm) xəbərdarlıq etməyin üçün nazil edilib. Çünki onlar bundan bixəbərdirlər.

7. İndi onların əksəriyyəti bunun həqiqi mənada Allahın kəlamı olduğunun təsirinə düşüblər, amma yenə də inanmırlar.3

8. Sanki Biz onların boyunlarına çənələrinə dirənən dəmir halqalar keçirmişik. Başlarını əyə bilmirlər!

9. Sanki onların qabaqlarına bir sədd, arxalarına da bir sədd qoyub bağlamışıq. Görə bilmirlər!4

10. Onları xəbərdar etsən də birdir, etməsən də: İnanmırlar.

11. Sən ancaq Rəhmandan (Allah) ürəkdən çəkinərək bu zikrə - Qurana tabe olana xəbərdarlıq edə bilərsən. Ona müjdə ver ki, bağışlanacaq. Etdiyi əməllərin əvəzinin artıqlaması ilə veriləcəyini də müjdələ.

12. Ölüləri Biz dirildəcəyik. Nə iş gördüklərini və qoyub getdiklərini də yazırıq.5 Bizim apardığımız hər bir qeydiyyat hər şeyi üzə çıxardan bir dəftərdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.