Maraqlı

Quşa bənzər qanadlı dron

21 Mart 2019 08:05
0 Şərh     Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir fransız ixtiraçı quşlardan ilhamlanaraq qanadlı dron yaratdı.

İllərdir inkişaf edən dron texnologiyası, indiki dövrdə bir çox sahədə istifadə edilə bilir. Əvvəllər olduqca bahalı olan bu dronlar, indilərdə az qala hər büdcəyə uyğun birini tapmaq olur.

İndi sizlərlə paylaşacağımız dron, gündəlik həyatda gördüyünüz pərvanəli dronlardan bir az fərqlidir. Fransız ixtiraçı, öz qanadlı dron layihəsini həyata keçirmək üçün 1.850-dən çox insandan 187 min dollar ətrafında büdcə yığdı.

MetaFly adlı bu dron, eynilə quşlar və arılar kimi qanadlarını çırparaq havalanır. MetaFly ixtiraçısı Edvin Van Ruymbek, bu layihənin məqsədinin bənzərsiz uçuş formasını kəşf etmənizə və təcrübə etmənizə imkan vermək olduğunu dedi. Edvin Van Ruymbek bu dronun normal pərvanəli dronlar ilə müqayisə edildiyində tamamilə fərqli bir həyəcan verdiyini ifadə etdi.

12 dəqiqəlik bir enerji təminatı ilə 8 dəqiqəyə qədər uça bilən qanadlı dron, saatda 17 kilometrlik sürət yığa bilir. MetaFly bu anda 89 dollarlıq bir qiymətlə sifarişlərə açıqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.