Maraqlı

Maserati xüsusi versiyada Levante istehsal edib - FOTO

21 Mart 2019 18:01
0 Şərh     Baxış: 454

Lamborghini Urus kimi rəqiblərdən fərqli olaraq, Maserati Levante-yə premial yolsuzluq avtomobilləri bazarında kifayət qədər ehtiyac var. Elə İtaliya şirkəti də məhz buna görə yeni Vulcano versiyası ilə öz model sırasını yeniləmək qərarına gəldi.

Milli.Az auto.az-a istinadən bildirir ki, Vulcano adi Levante-dən xüsusi mat-boz rəngi, tünd arxa fənərləri, tünd xrom barmaqlığı, tündləşdirilmiş şüşələri və ban rəngində qapı tutacaqları, habelə 21-düymlük mat təkər diskləri, qırmızı rəngdə Brembo əyləc sapportları ilə seçilir.

Baza modelindən əsas fərq salonun qırmızı rəngdə olmasıdır ki, burada xüsusi dəridən istifadə edilib və boyunaltılarda Maserati loqotipi var. Əks versiya da var - burada qara dərinin üzərində qırmızı tikişlər var. Bundan əlavə, Vulcano-nun kabinəsində karbon lifindən parlaq işləmələr və üzərində Vulcano yazılmış xrom lövhələr var.

Levante Vulcano-nun kapotu altında iki variantda mühərrik quraşdırılır - 3-litrlik, iki turbinli, 345 a.g. və 500 Nm fırlanma anı olan V6 və ya elə həmin mühərrik, lakin 424 a.g. və 579 Nm. Qəribədir, alıcılar bu xüsusi versiyanı 3,8-litrlik, 525 a.g. və 590 Nm gücü olan V8 mühərriki ilə əldə edə bilməyəcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.