Maraqlı

Tacikistan sakinlərinə qızıl hasil etməyə icazə veriləcək

15 Fevral 2019 23:02
0 Şərh     Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tacikistanın hakimiyyət orqanları qızıl və digər qiymətli metallar hasil etməyi bacaran fiziki şəxslərə bu sahə ilə məşğul olmaq icazəsi verəcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın maliyyə naziri Fayziddin Kaxxorzoda bildirib. "Layihə yaxın günlərdə hökumətin müzakirəsinə çıxarılacaq və növbəti iclasın gedişində qəbul ediləcək", - nazir belə deyib. Onun sözlərinə görə, hazırda sənəd digər nazirlik və qurumların müzakirəsindədir.

Sənədə əsasən, Maliyyə Nazirliyinin icazəsini alan hər bir ölkə vətəndaşı qiymətli metalların axtarışı və hasilatı ilə məşğul ola bilər. Hasil edilən qiymətli metallar nazirliyin müəyyən etdiyi qiymətə uyğun olaraq dövlətin maliyyə qurumları tərəfindən satın alınacaq.

Hazırda Tacikistanda qiymətli metalları yalnız qeydiyyatdan keçmiş kompaniyalar hasil edə bilir. Bu sahə ilə məşğul olmaq istəyən vətəndaşlar əvvəlcədən həmin kompaniyaların ştatına keçirilir, yuyulmuş metallar isə işə götürənin təyin etdiyi qiymətə elə onların özlərinə satılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.