Maraqlı

"Ey qabırğaları sınmış bibi!"

29 Yanvar 2019 23:10
0 Şərh     Baxış: 1 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Şeyx Əbdul-Nəbi nəql edir: "Bir il idi ki, möhkəm baş ağrısı çəkirdim və başım gicəllənirdi. Bu müddət ərzində bir neçə mütəxəssis həkimə müraciət etmişdim. Çox sayda dərman içmişdim. Ancaq faydası olmurdu. Onların hamısı sakitləşdirici idi və xəstəliyim yenidən geri qayıdırdı.

Məğrib azanına yaxın baxmayaraq ki, möhkəm baş ağrım var idi, Ayətullah Behcətin camaat namazında iştirak etmək üçün evdən çıxdım. Çox çətinliklə hərəkət edirdim. Başım gicəllənirdi və hərəkət edə bilmirdim. İki namaz arasında halım pisləşdi və huşdan getmək durumuna çatdım.

Dostlarımdan biri yanımda idi və halımın pis olduğunu başa düşüb dedi: "Şeyx Abdul-nəbi nə olubdur? Niyə özündə deyilsən?".

Dedim: "Başım ağrıyır və gicəllənir. Çox sayda həkimə getmişəm, ancaq faydası olmamışdır".

Dedi: "Bizim yaxşı həkimimiz var, ona müraciət et. Həzrət Zəhraya (s.ə) təvəssül et və mütləq şəfa tapacaqsan".

Sözləri mənə təsir etdi və namazımı çətinliklə də olsa, sona çatdırdım. Xanım Məsuməni (s.ə) ziyarət etmək üçün hərəmə getdim.

Sonra evə qayıtdım. Xəlvət yer tapıb, ağlayaraq, Xanıma (s.ə) təvəssül etdim.

Dedim: "Bibican! Ey qabırğaları sınmış bibi! Mənim üçün dua et ki, Allah mənə şəfa versin. Bu xəstəlikdən nicat tapam. Artıq taqətimi itirmişəm".

Həmin halda məni yuxu apardı.

Yuxuda gördüm ki, çox sayda insanların arasındayam və ruhanilərdən biri minbər başında rövzə deyirdi. Cəmiyyət arasında tanıdıqlarım da var idi. Rövzə bitən kimi həmin ruhani ayağa qalxdı və dedi: Allahım! Zəhra Mərziyyənin (s.ə) haqqına and veririk, Şeyx Əbdul-Nəbiyə şəfa verəsən və ona salamatlıq libası geyindirəsən!".

Yığışan insanlar "amin!" dedilər.

Sübh azanın səsi məni ayıltdı. Dəstəmaz alıb, namaza hazırlaşdım. Namazdan sonra gecə gördüyüm yuxu yadıma düşdü və başa düşdüm ki, ağrılarım çəkilibdir. Dostlarımın evinə getdim və onları rövzə demək üçün evimə dəvət etdim. Şəfa tapmağıma şükür niyyətilə, rövzə məclisi təşkil etdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.