Maraqlı

Xərçəng xəstəliyinə qarşı “ağıllı” həblər yaradılacaq

24 Yanvar 2019 08:41
0 Şərh     Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Proteus" startapı kiçikölçülü sensorlarla təchiz edilmiş "ağıllı həb" istehsalçısı kimi tanınır. Qurğu dərman preparatlarının qəbuluna nəzarət etməyə, həmçinin pasiyentin fiziki aktivliyi haqqında məlumatlar toplamağa imkan verir. 2017-ci ildən etibarən şirkət müxtəlif xəstəliklər üçün nəzərdə tutulmuş 40 dərman preparatına sensor quraşdırıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, startap onkologiya sahəsində sözügedən texnologiyanın ilk klinik sınaqlarına start verib. Hazırda xərçəng xəstəliyindən əziyyət çəkən 7 pasiyent daxili sensora malik kimya terapevtik preparat qəbul edirlər. Sınaqlar 2 il davam edəcək.
 
Araşdırmanın məqsədi pasiyentlərin dərman preparatını vaxtında qəbul edib-etməməsini öyrənməkdir. Xərçəngdən əziyyət çəkən xəstələr üçün bu amil xüsusilə vacibdir. Sınaq uğurlu olduğu halda "Proteus" şirkəti xərçəngdən əziyyət çəkən xəstələr tərəfindən qəbul edilən bütün həbləri rəqəmləşdirmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.