Maraqlı

Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər

18 Yanvar 2019 21:53
0 Şərh     Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər.

Milli.Az report-a istinadən bildirir ki, bu xəbərdarlıqla Peterburq Dövlət Universitetinin alimləri çıxış ediblər.

Universitetin mütəxəssisləri bildiriblər ki, asteroidi Yer kürəsi ilə toqquşa bilər. Alimlərin sözlərinə görə, asteroid artıq 2029-cu ildə planetimizin təbii peyki olan Ayla məsafədən 10 dəfə yaxın olacaq.

Asteroidin Yer kürəsi ilə dəqiq təyin edilmiş ən sıx yaxınlaşması 13 aprel 2029-cu ildə baş tutacaq. Məlumata görə, həmin vaxt planetimizlə səma cismi arasında məsafə cəmi 38 min kilometr olacaq.

Qeyd edək ki, bu asteroidə qədim Misirin şər və dağıtma "Allahı"nın şərəfinə "Apofis" adı verilib. 

Daha əvvəl NASA başqa bir asteroidin ətrafına tədqiqat peyki çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.