Maraqlı

Qurani-Kərimlə bağlı bunları bilirdinizmi?

1 Yanvar 2019 22:25
2 Şərh     Baxış: 16 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1) Sual: Quran neçə surədən ibarətdir?

Cavab: Quran 114 surədən təşkil tapmışdır. 

2) Sual: Quran neçə cüz (hissə)dən ibarətdir? 

Cavab: Quran 30 cüzdən ibarətdir. 

3) Sual: Quran neçə hizbdən (hissənin qismindən) təşkil tapır?

Cavab: Quran 120 hizbdən ibarətdir. 

4) Sual: Quranın neçə ayəsi vardır? 

Cavab: Quranın 6236 ayəsi vardır. 

5) Sual: Qurani-Kərim neçə hərfdən ibarətdir? 

Cavab: Qurani-Kərim 323671 hərfdən ibarətdir. 

6) Sual: Qurani-Kərim neçə kəlmədən təşkil tapır?

Cavab: Qurani-Kərim 77807 kəlmədən təşkil tapmışdır. 

7) Sual: Qurani-Kərimdə neçə dəfə Quran kəlməsi gəlmişdir?

Cavab: Qurani-Kərimdə 70 dəfə Quran kəlməsi gəlmişdir. 

8) Sual: Qurani-Kərimdə ən böyük ədəd hansıdır? 

Cavab: Quranda ən böyük ədəd 100000-dir ki, əs-Saffat surəsinin 147-ci ayəsində gəlmişdir. (37-ci surə) 

9) Sual: Quranda ən çox işlədilmiş hərf hansıdır? 

Cavab: Quranda ən çox işlədilmiş hərf əlif(أ) hərfidir. 

10) Sual: Quranda ən az işlədilmiş hərf hansıdır? 

Cavab: Quranda ən az işlədilmiş hərf za (ظ) hərfidir. 

11) Sual: Quranda işarə olunmuş ən gözəl və üstün gecə hansıdır?

Cavab: Quranda işarə olunmuş ən gözəl və üstün gecə "Qədr" gecəsidir. 

12) Sual: Quranda buyurulmuş ən gözəl ay hansıdır? 

Cavab: Quranda buyurulmuş ən gözəl ay "Ramazan" ayıdır. 

13) Sual: Quranda olan ən gözəl surə hansıdır? 

Cavab: Quranda olan ən gözəl surə "Yasin" surəsidir. (36-cı surə).

14) Sual: Quranın ən böyük surəsi hansıdır? 

Cavab: Quranın ən böyük surəsi "əl-Bəqərə" surəsidir ki, bu surə 286 ayədən ibarətdir. (2-ci surə). 

15) Sual: Quranın ən kiçik surəsi hansıdır? 

Cavab: Quranın ən kiçik surəsi "əl-Kovsər" surəsidir ki bu surə isə 3 ayədən təşkil tapır. (108-ci surə). 

16) Sual: Quranda ən böyük ayə hansıdır? 

Cavab: Quranda ən böyük ayə "əl-Bəqərə" surəsinin 282-ci ayəsidir. (2-ci surə). 

17) Sual: Quranda ən kiçik ayə hansıdır? 

Cavab: Quranda ən kiçik ayə (Muqəttəə hərflərindən əlavə) مُدْهآمَّتَانِ "Mudhammətan" ayəsidir ki, ər-Rəhman surəsinin 64-ci ayəsi hesab olunur. (55-ci surə). 

18) Sual: Quranda ilk surə hansıdır? 

Cavab: Quranda ilk surə "əl-Fatihə" surəsidir. (1-ci surə) 

19) Sual: Quranın sonuncu surəsi hansıdır? 

Cavab: Quranın sonuncu surəsi "ən-Nas" surəsidir. (114-ci surə)

20) Sual: Quranda ən böyük kəlmə hansıdır? 

Cavab: Quranda ən böyük kəlmə فَأَسْقَيْناكُمُوهُ "fəəsqəynakumuhu" kəlməsidir ki bu kəlmə on bir hərfdən ibarətdir və "əl-Hicr" surəsinin 22-ci ayəsində yerləşir. (15-ci surə). 

21) Sual: Quranın ortasında yerləşən kəlmə hansıdır? 

Cavab: Quranın ortasında yerləşən kəlmə "əl-Kəhf" surəsinin 19-cu ayəsindəki, وَلْيَتَلَطَّفْ "vəlyətələttəf" kəlməsidir. (18-ci surə). 

22) Sual: Quranda neçə surə "Qul" (yəni:de) kəlməsi ilə başlayır?

Cavab: Quranda 5 surə "Qul" kəlməsi ilə başlayır və onlar aşağıdakılardan ibarətdir: 1. "əl-Cinn" surəsi. (72-ci surə) 2. "əl-Kafirun" surəsi (109-cu surə) 3. "əl-İxlas" surəsi (112-ci surə) 4. "əl-Fələq" surəsi (113-ci surə) 5. "ən-Nas" surəsi (114-ci surə) 

23) Sual: O iki ayə hansıdır ki, onlarda ərəb əlifbasının 28 hərfi cəm olunmuşdur? 

Cavab: 1) "Ali-İmran" surəsini 154-cü ayəsi. (3-cü surə). 2) "əl-Fəth" surəsinin sonuncu ayəsi. (48-ci surə). 

24) Sual: Bütün ayələrində الله "Allah" kəlməsi olan surə hansıdır?

Cavab: "əl-Mucadələ" surəsi, (58-ci surə) 

25) Sual: Quranın anası adı ilə tanınmış surə hansıdır? 

Cavab: "əl-Fatihə" surəsi (1-ci surə) 

26) Sual: Hansı surə Quranın ürəyi adı ilə tanınmışdır? 

Cavab: "Yasin" surəsi (36-cı surə) 

27) Sual: Quranın gəlini adı ilə tanınan surə hansıdır? 

Cavab: "ər-Rəhman" surəsi (55-ci surə) 

28) Sual: İmam Hüseyn (əleyhis-salam) adı ilə tanınmış surənin adı nədir? 

Cavab: "əl-Fəcr" surəsi (89-cu surə) 

29) Sual: O hansı surədir ki, onun ayələrnin sayı on dörd məsumun sayı qədərdir? 

Cavab: "əs-Səff" surəsi. (61-ci surə) 

30) Sual: O hansı surədir ki, onun kəlmələrinin sayı on dörd məsumun sayı qədərdir? 

Cavab: "əl-Әsr" surəsi (103-ci surə) 

31) Sual: O hansı surədir ki, onun ayələrinin sayı, müsəlmanlara vacib olan, gündəlik namazların rəkətinin sayı qədərdir? 

Cavab: "ət-Tariq" surəsi, (86-cı surə) 

32) Sual: Quranın mənasını özündə cəm edən surənin adı nədir?

Cavab: "əl-Fatihə" surəsi (1-ci surə) 

33) Sual: On ada məxsus olan surə hansıdır? 

Cavab: "əl-Fatihə" surəsi, (1-ci surə) bu surənin adları aşağıdakı tərtiblərdir: 1. Fatihətul-kitab. 2. Ümmül-kitab. 3. Ümmül-Quran. 4. Səbül-məsani. 5. əl-vafiyə. 6. əl-kafiyə. 7. əş-şafiyə. 8. əl-əsas. 9. əs-səlat. 10. əl-həmd. Bu adların hər biri öz növbəsində müəyyən hədis və rəvayətlərdən əldə olunmuşdur. 

34) Sual: Qurani-Kərimdə olan surələrin neçəsi Məkkədə və neçəsi Mədinədə nazil olmuşdur? 

Cavab: 86 surə Məkkədə 28 surə isə Mədinədə nazil olmuşdur.

35) Sual: Vacib səcdəsi olan surələr hansılardır? 

Cavab: Vacib səcdəsi olan surələr bunlardır: 1) "əs-Səcdə" (32-ci surə), ayə-15. 2) "Fussilət" (41-ci surə), ayə-37. 3) "ən-Nəcm" (53-ci surə), ayə-62. 4) "əl-Әləq" (96-cı surə),ayə-19. 

36) Sual: Allah kəlməsi Quranda neçə dəfə gəlmişdir? 

Cavab: Allah kəlməsi Quranda 2707dəfə gəlmişdir. 

37) Sual: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə 2 dəfə nazil olan surə hansıdır? 

Cavab: "əl-Fatihə surəsi". Belə ki, bu surə bir dəfə Məkkədə, bir də isə Mədinədə nazil olmuşdur. (1-ci surə). 

38) Sual: O hansı surələrdir ki, onların ayələrnin sayı, pənctəni Ali-əbanın ( yəni Peyğəmbər, İmam Әli, həzrət Fatimə, İmam Həsən və İmam Hüseyn əleyhimus-salamın) sayı qədərdir? 

Cavab: 1. "əl-Qədr" surəsi (97-ci surə). 2. "əl-Fil" surəsi (105-ci surə). 3. "Әbu Ləhəb" surəsi (111-ci surə). 4. "əl-Fələq" surəsi (113-ci surə). 

39) Sual: Qiyamət mənasını verən surələr hansılardır? 

Cavab: 1. "ər-Rəd" surə (13-cü surə). 2. "əl-Casiyə" surəsi (45-ci surə). 3. "əl-Vaqiə" surəsi (56-cı surə). 4. "əl-Həşr" surəsi (59-cu surə). 5. "ət-Təğabun" surəsi (64-cü surə). 6. "əl-Qiyamə" surəsi (75-ci surə). 7. "ən-Nəbə" surəsi (78-ci surə). 8. "əz-Zəlzələ" surəsi (99-cu surə). 9. "əl-Qariə" surəsi (101-ci surə). 

40) Sual: Quranda neçə "Bismillahir-Rəhmanir-Rəhim" cümləsi vardır? 

Cavab: Quranda 114 "Bismillahir-Rəhmanir-Rəhim" cümləsi vardır. 41) Sual: Hansı surənin adı Üsuli-dinin birinin adı ilə bağlıdır? Cavab: "Tohid" (əl-İxlas) surəsi. (112-ci surə). 

42) Sual: Hansı surənin adı Fürui-dinin birinin adı ilə bağlıdır?

Cavab: "əl-Həcc" surəsi (22-ci surə). 

43) Sual: O hansı surələrdir ki, onların ayələrinin sayı Məsum İmamların sayı qədərdir? 

Cavab: 1) "ət-Təlaq" surəsi (65-ci surə). 2) "ət-Təhrim" surəsi (66-cı surə). 

44) Sual: Həftənin günlərinin adı ilə bağlı olan surə hansıdır?

Cavab: "əl-Cumuə" surəsi (62-ci surə). 

45) Sual: Fe hərfi olmayan surə hansıdır? 

Cavab: "əl-Fatihə" surəsi (1-ci surə). 

46) Sual: Alimin silahı adı ilə bağlı olan surə hansıdır?

Cavab: "Qələm" (Nun) surəsi (68-ci surə). 

47) Sual: Bismillahir-Rəhmanir-Rəhim-siz surə hansıdır? 

Cavab: "ət-Tovbə" surəsi (9-cu surə). 

48) Sual: Quranın hansı surəsində iki dəfə "Bismillahir-Rəhmanir-Rəhim" cümləsi gəlmişdir? 

Cavab: "ən-Nəml" surəsi (27-ci surə). 

49) Sual: O hansı surədir ki, onda bir ayə 31 dəfə təkrar olunub?

Cavab: "ər-Rəhman" surəsi (55-ci surə). 

50) Sual: Allahın sifətləri ilə adlanan surələr hansılardır? 

Cavab: 1) "ən-Nur" surəsi (24-cü surə). 2) "Fatir" surəsi (35-ci surə). 3) "ər-Rəhman" surəsi (55-ci surə). 4) "əl-Әla" surəsi (87-ci surə).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.