Maraqlı

Dünya gözəlinin toyu dörd gündür davam edir - FOTO

6 Dekabr 2018 16:52
0 Şərh     Baxış: 2 332

Bollivud ulduzu Priyanka Çopra ilə amerikalı müğənni Nik Conasın Hindistanda başlayan toyu bir neçə gündür ki, davam edir. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Dehlidə keçirilən toyda cütlüyün dostları və Hindistanın dövlət adamları iştirak ediblər. 

Bu, məşhurların üçüncü toyudur. Pryanka Çopra 2000-ci ildə dünya gözəli seçilib və 36 yaşı var. Onun əri isə 26 yaşındadır və xristiandır. Toy hindu və xristian ənənələri ilə keçirilir.

Pryankanın gəlinliyi svarovski daşlarla və iki milyon mirvari ilə bəzədilib. Paltarın hazırlanmasına 1826 saat vaxt sərf edilib. Gəlinlik 22 metrlik duvaqla birlikdə daha gözəl görünsün deyə gəlinin geyimini toy boyu səliqəyə salan xüsusi köməkçi də tutulub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.