Maraqlı

Ömrünün 811 həftəsini hamilə keçirən qadın: "Bu axırıncıdır" - 21 övladı var - VİDEO - FOTO

10 Noyabr 2018 10:19
4 Şərh     Baxış: 3 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Lankaşir qraflığının Morkemb rayonunda yaşayan qadın 21-ci övladını dünyaya gətirib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, super ana (supermum) hesab edilən Sue Radford adlı qadının doğum prosesi 12 dəqiqə çəkib.

43 yaşlı qadın yeni doğulan körpəsinə Bonnie Raye adını verib.

Bonnie dünyaya gələrkən çəkisi 3 kiloqram 700 qram olub.

Onun ərinin 47 yaşı var və çörəkçidir.

"Ərimlə mən qərara gəldik ki, artıq bəsdir. Bonnie bizim ailəmizi tamamladı", - Sue açıqlamasında söyləyib.

O, bildirib ki, ömrünün 811 həftəsini hamilə olaraq keçirib.

Qeyd edək ki, Suenin ilk övladı 14 yaşındaykən dünyaya gəlib.

Fuad
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ömrünün 811 həftəsini hamilə keçirən qadın:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.