Maraqlı

Min dərdə şəfa bitki: Qulançar

11 Noyabr 2018 22:15
0 Şərh     Baxış: 5 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa ölkələrində bu bitki çox sevilir və delikates sayılır. Qulançarı həm təzə halda yeyirlər, həm də müxtəlif xörəklərin bişirilməsi zamanı istifadə edirlər. Qulançar qədim zamanlarda müxtəlif xəstəliklər zamanı müalicəvi bitki kimi istifadə olunurdu.

İslaminSesi bildirir ki, qulançarın tərkibində bir çox faydalı maddələr var - zülallar, karotin, kalium, orqanik turşular və s.
Qulançarın tərkibində olan "kumarin" adlı maddələr ürək-damar sisteminə çox müsbət təsir edir - ürəyin fəaliyyətini yaxşılaşdırır, damarları qoruyur, qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
Həmçinin qulançar
 
- nəfəs yolları, böyrəkləri yaxşı təmizləyir, iltihabı azaldır,
 
- qaraciyərin fəaliyyətinə müsbət təsir edir,
 
- sinir sisteminə sakitləşdirici təsir göstərir,
 
- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır,
 
- ürəklə bağlı olan ödemləri azaldır,
 
- orqanizmi ziyanlı maddələrdən (şlaklar, toksinlər və s.) təmizləyir.
 
Qədim zamanlarda qulançar kişilərdə potensiyanı artıran vasitə kimi istifadə olunurdu.
 
Nəzərə almaq lazımdır ki, bəzi insanlarda qulançar allergik reaksiyalara səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.