Maraqlı

Uşaqlarda əyri dişlərin plastinka ilə düzəldilməsi – Breketdən daha sərfəlidir

18 Oktyabr 2018 22:50
4 Şərh     Baxış: 15 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox uşaqlarda süd dişlər töküləndən sonra əsas qalıcı dişləri əyri çıxmağa başlayır, diş səfi pozulur. Bunun qarşısı  uşaqlıqda alınmasa dişlər yerində möhkəmlənir, damaq sümük və əti də deformasiyaya uğrayır.
 
Çox insanların breket taxdırmağa imkanı olmadığından bu işi təxirə salır. Amma breketdən də daha asan və sərfəli üsulu sınamağa dəyər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, stomatoloq Könül Səmədova uşaqlarda, gənclərdə plastinka üsulu ilə dişlərin əyriliyini düzəltdiyi barədə açıqlama.

"  Bu metodla dişlərin korreksiyası 10 yaşından sonra, süd dişləri tam töküləndən, daimi dişlər çıxandan sonra aparılır. Lakin təcrübəmdə 22 yaşlı gəncdə də bu metod tətbiq olunub, əla da nəticə verib.

Plastinka 6 aydan 1 ilə kimi qala bilir, effekti tez alınır. Damaq hissəyə keçirilir, estetik baxımdan daha incədir.

Breketdən üstün cəhətləri odur ki, xəstə arada plastinkanı çıxarıb yuya bilər, həm də dişlərini təmizləyə bilər. Breketi isə çıxarmaq olmur deyə, dişin üzərində metalla reaksiyadan aşılanma gedir, iz qalır. Həmçinin plastinka breketdən qiymətcə daha ucuzdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.