Maraqlı

“Yahşi Cazibe”nin səhhətində problem yarandı - Çəkilişlərə gedə bilmir

7 Oktyabr 2018 13:38
0 Şərh     Baxış: 3 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə karyerasının ən gözəl dövrünü yaşayan aktrisa Aslıhan Gürbüzün səhhətində problem yaranıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, ötən il çiynində problem olan aktrisanın bu dəfə bel yırtığından əziyyət çəkdiyi bildirilir. Gürbüz 5 gündür, "Ufat tefek cinayetler" filminin çəkilişlərinə gedə bilmir. 

Şiddətli ağrılar çəkən Aslıhan həkim müayinəsindən keçib, çox hərəkət etməsinə qadağa qoyulub. Hələlik əməliyyat olunmaq istəmədiyi üçün ev şəraitində müalicə alır. Onun "Merve Aksak" roluna çəkilmək üçün çəkilişlərə həkim nəzarətində gedəcəyi deyilir.

Məlumat üçün bildirək ki, Aslıhan Gürbüz Azərbaycanda "Yahşi Cazibe" filmində canlandırdığı azərbaycanlı qadın obrazı ilə tanınıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.