Qorxunc həşərat: Qara qurd haqda nə bilirik?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qara qurd nədir? Ondan necə qorunmaq olar? Ümumiyyətlə, həşərat sancmaları zamanı nə edək?
Mütəxəssislərə görə, qara qurd hörümçəyinin zəhəri gürzənin zəhərindən də bir neçə dəfə güclü olur. Bu hörümçək ölkəmizə Orta Asiyadan gəlib və son 10 ildə yayılmağa başlayıb. Qaraqurd hörümçəyi qabıqlı böcək cinsindən olub, bəzi yerlərdə "dozanqurdu" adlandırılır. Hörümçək o qədər balacadır ki, heç bəzən onun sancdığını da hiss etmək olmur. Bu həşəratın zəhəri neyrotoksiki olduğundan, həmin nahiyədə şiddətli ağrılar başlayır. Hətta narkotik maddələr belə o ağrıları keyləşdirə bilmir. Bu hörümçək 1,5 mm ölçüdə olur və belində 4 qırmızı nöqtə var. İlkin tibbi yardım vaxtında və keyfiyyətli yardım göstərilmədiyi halda qaraqurd sancması öldürücü olur.
Ümumiyyətlə əgər sizi hansısa həşərat sancıbsa çox böyük bir allergiyanız yoxdursa, demək ki, o həşərat sancması çoxda təhlükəli deyil. Həşərat sancan bölgədə şişmə, qızartı, qaşıntı, kolik şəklində qarın ağrısı, qusma, sinədə sıxılma hissi, nəfəs almada çətinlik, halsızlıq, xırıltılı tənəffüs, at səsi (larinks şişi tapıntısı), dildə şişmə də ola bilər. Bu simptomlar ciddi allergik reaksiya olduğunu göstərir . Nəbzin alına bilməməsi və qan təzyiqinin düşməsi, şüur bulanıqlığı və ürək dayanması həyatı təhdid edən tapıntılardır.
Həşərat sancmalarında ilkin tibbi yardım da müxtəlifdir:
Arı sancması: əgər sizi arı sancıbsa, arının iynəsini steril bir iynə ilə çıxartmaq lazımdır. İynə çıxarıldıqdan sonra buz tətbiq edilə bilər.
Əqrəb sancması: zəhərin gücü əqrəbin quyruğundakı boğuq sayı ilə düz mütənasibdir. Zəhər sinir sisteminə və ürəyə təsir edir. Ağız suyu ifrazatı artır. Əzələlər sıxılır. Sidik qaçırma və iflic görülə bilər. Sancılan bölgədə ağrı, yanma və keylik olur. Bu vəziyyətdə yara qətiliklə sorulmaz. Ammonyak tətbiq edilir. Adama spirt verilməməli və yara bağlanmamalıdır.
İlan sancması: yarada diş izi izlənir. Zəhərli ilanlar qısa, quyruqları yumru və başları üçbucaq şəklində olanlardır. Üzərindəki pullar daha kiçik və daha çoxdur. Çox parlaq və canlı rənglərdə olurlar. Dişləmə zamanı qan laxtalanmasında çətinlik olar, həddindən artıq qan itkisi olar. Yanma hissi və ağrı var. Şişlik və bənövşəyilik müşahidə oluna bilər. Zəhər sinir sisteminə və ürəyə təsir edir. Qusma, mürgüləmə və ürək bulanma mümkündür. Dişlənilən bölgənin üstü bir parça ilə bağlanılmalıdır.
Həşərat sancmaları zamanı ilkin tibbi yardım zərərçəkəndə baş verən reaksiyalara uyğun olaraq aparılmalıdır. Lokal reaksiya - həşəratın sancdığı yerdə kiçik bir şişlik varsa, buzla kompres etmək, sabunlu su ilə yumaq kifayətdir.
Ümumi reaksiya - əgər sancılan bölgənin ətrafında daha geniş bir reaksiya meydana gəlsə (məsələn, bütün qolun və ya qıçın şişməsi kimi) ya da qaşıntı görülsə, yenə normal reaksiyadaki müalicə tətbiq oluna bilər. Ağızdan qəbul edilən bəzi dərmanlar da şikayətləri qaldıra bilər. Ancaq bu dərmanları həkimin verməsi lazımdır.
Toksik reaksiya - sancılan bölgədən şişmə, qarın ağrısı, halsızlıq, nəfəs alma çətinliyi, sinədə sıxışma hissi, xırıltılı tənəffüs, dildə şişmə bir neçə dəqiqə içində ortaya çıxan ciddi allergik reaksiyadır. Şüur bulanıqlığı və ürək dayanması həyatı təhdid edir. Bu vəziyyətdə bir sağlamlıq mərkəzində təcili müayinə aparılmalıdır. Müalicə sonrasında isə qan analizi və uyğun testlərlə allergiya təsdiqlənməlidir. Riskli şəxslər peyvənd olunmalıdır.
Arı sancmasına qarşı həddindən artıq həssaslığı olan kəslərin yanında mütləq həkimin verdiyi dərmanlar olmalıdır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla təcili həkimə müraciət etmək lazım olduğunu dedi: "İnsanı sancan həşəratın adı dəqiq bilinməlidir. Bəzən evə əqrəblər, ilanlar belə daxil ola bilir. Bütün balaca həşəratları insanlar qurd adlandırır. Bu cür sancmalar zamanı zərərçəkəni yaxınlıqdakı həkim məntəqələrinə çatdırmaq lazımdır. Xəstə panikaya düşməməli, çox hərəkət etməməlidir ki, zəhər bədənə tam yayılmasın, qan dövranı stimullaşmasın. Bir də sancan yerdən yuxarı qoyulmalıdır ki, qan cərəyanı ilə zəhər mümkün qədər ətrafa yayılmasın. Bundan sonra həkim yardımı çağırmaq lazımdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mətbəx çanağına tökdüyünüz mayelər boruları məhv edir
-
"Taşacak bu deniz"də gözlənilməz ayrılıq - (Foto)
-
Günün qoroskopu: Gözlənilməz mənbədən gəlir əldə edə bilərsiniz
-
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
-
Ağır qəzada həlak olan Zəhra bir neçə gün əvvəl də qəza edibmiş - (Video)
-
92 yaşlı qadın Çində "Qocalar evi"ndən qaçdı - (Video)
XƏBƏR LENTİ
-
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
-
Mətbəx çanağına tökdüyünüz mayelər boruları məhv edir
-
"Mirkamilə görə məni qınayırlar"
-
Messinin atasının vəziyyəti ağırdır
-
Zidanın oğlunun maska ilə oynamasının səbəbi məlum olub
-
"Taşacak bu deniz"də gözlənilməz ayrılıq - (Foto)
-
İlanların aktivlik dövrü başladı: Evinizi və bağınızı sürünənlərdən necə qorumalı?
-
"Səbail"in yeni prezidenti açıqlandı
-
ABŞ və İran sazişi 48 saat ərzində imzalana bilər
-
Günün qoroskopu: Gözlənilməz mənbədən gəlir əldə edə bilərsiniz
-
Ronaldodan antirekord gəldi
-
Ölkə birinciləri oldular (Foto)
-
Obamanın qızlarının son görüntüsü - (Foto)
-
Portuqaliya Konqo DR ilə heç-heçə edib - Yenilənib
-
Mayklın həyat yoldaşının son halı – Foto
-
Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
-
İçərişəhərdə Argentina Bayrağı Gününə həsr olunmuş El Calor en Baku – Azerbaijan Tango Festivalının təntənəli açılışı keçiriləcək
-
Yasamaldakı binaya dəyən ziyanın məbləği açıqlandı
-
Bakının 2 rayonunda qaz kəsiləcək - Yenilənib
-
ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
-
Paytaxt nəqliyyatında kart oxuyucular sıradan çıxdı — Rəsmi qurumdan açıqlama
-
Fərhad Mehdiyev qızının ölümündən danışdı: Nasaz maşını niyə sürürsən axı?!
-
Acunun klubunun xalları silinə bilər





