Hamilələrin nəzərinə: bu meyvələri yeməyin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hamiləlik müddəti olduqca məsuliyyətli bir dövrdür. Bu dövrdə xanımlar qidalanmaya xüsusi diqqət etməlidirlər. Bəs hamiləlik dövründə hansı qidaları yemək olar və ya olmaz? Bununla bağlı məşhur ginekoloq, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məsləhətlərini diqqətinizə çatdırırıq.
Həkim bəzi qida maddələrinin faydası və zərəri haqqında məlumat verərək deyib ki, hamilələr hər yediyinə xüsusi diqqət yetirməlidir: "Hamiləlik immun sisteminə təsir göstərir, sizin və körpənizin qidalanma ilə bağlı xəstəliklərə səbəb olan bakteriya və viruslara daha çox həssas olmasına səbəb olur. Hamiləlik dövründə qaçınılması lazım olan meyvələr var. Əgər siz hamiləsinizsə və ya hamiləlik planlaşdırırsınızsa, yetişməmiş papayadan istifadə etməyin. Yetişməmiş papayanın tərkibində uşaqlıq yığılmalarına səbəb olan lateks maddə var. Həmçinin də ananasdan qaçın. Çünki hamiləlikdə ananas yemək məsləhət deyil. Ona görə də ananasdan qaçınmaq lazımdır. Ananas uşaqlıq boynunun yumşalmasına səbəb olan bromelanla zəngindir. İlk trimesterdə uşaqlıq boynunun yumşalması təhlükəsinə görə istifadə olunmamalıdır".
T. Canbaxışov bildirir ki, bəzi mütəxəssislər hamiləlik dövründə üzümdən istifadəni də məsləhət görmür: "Bir çox ekspertlər bunu üzümün üzərinə böcəklər yeməməsi üçün kimyəvi maddənin vurulması ilə izah edirlər. Hamilə qadın üçün bu kimyəvi maddə toksikdir. Hamilə qadınlar yuyulmamış və pasterizə olunmamış meyvələrdən istifadə etməməlidir. Hamiləlik zamanı qida gigiyenası toksoplazma infeksiyasından qorunmağa kömək olur. Bundan qorunmağın bir neçə yolu var. Meyvə və tərəvəzləri yeməzdən və ya hazırlamazdan əvvəl yaxşı yuyun, xüsusilə Cantaloupe, yemiş kimi meyvələri. Balaca meyvə fırçası ilə meyvənin səthindəki çirki təmizləyin. Meyvələrdə bakteriyaların inkişaf edə biləcəyi zədələnmiş sahələri kəsib atın".
Ginekoloq xəbərdarlıq edir ki, məişətdə təmizlik edərkən yuyucu vasitələrin istifadəsinə də xüsusi diqqət yetirmək lazımdı: "Sabun, yuyucu vasitələr, ya da ağardıcıdan istifadə etməyin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib





