Ukraynanın xalq artisti Ani Lorak və ona xəyanət edən əri, türkiyəli iş adamı Murad Nalçacıoğlu barışıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, M. Nalçacıoğlu yeni fotolarını instaqram səhifəsində paylaşıb.
İş adamı qızının məktəbə başladığını qeyd edib: "Məktəbin ilk günü. Allaha təşəkkür edirəm ki, mənə həyatımda bu günü görməyi nəsib edib. Allah dünyadakı bütün uşaqları və ailəmi qorusun. Lordum, bütün günahlarıma görə məni bağışla. Mənə güc ver. Heç vaxt təslim olma".
Qeyd edək ki, Lorak Bakıda festivalda olarkən ərinin model Yana Belyaeva ilə səmimi videosu yayılmış, Lorakın qızı götürərək evi tərk etdiyi iddia edilmişdi.
Milli.Az