Maraqlı

Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir

21 Avqust 2018 08:10
0 Şərh     Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu məqsədlə o, Gürcüstan Ədliyyə Nazirliyinə müraciət edib.

TASS agentliyi isə bildirir ki, V. Meladze Rusiya vətəndaşlığından imtina etməmək şərti ilə Gürcüstan vətəndaşlığına sahib olmaq istəyir.

V. Meladzenin hazırda Batumidə olduğu bildirilir. O, Vaxtanq Kikabidzenin şərəfinə keçirilən konsertdə iştirak edib.

Qeyd edək ki, avqustun 15-dən Gürcüstan qanunvericiliyində müəyyən dəyişikliklər qüvvəyə minib. Belə ki, bu ölkədə doğulan, lakin başqa ölkənin vətəndaşı olan şəxslər Gürcüstan vətəndaşlığının bərpası üçün müvafiq strukturlara müraciət edə bilərlər.

V. Meladze 1965-ci ildə Batumi şəhərində dünyaya gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.