Maraqlı

Polis Rihannanın evinə helikopterlə basqın etdi

15 Avqust 2018 11:40
Baxış: 4 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur müğənni Rihannanın ABŞ-ın Los Anceles şəhərində yerləşən evinə polis basqını olub.

Milli.Az bildirir ki, 30 yaşlı barbaroslu müğənninin evində təhlükəsizlik siqnalları işə düşüb. Lakin bu vaxt Rihanna evində deyil, Londonda bir gecə klubunda olub.

Bölgəyə helikopterlərlə gələn polislər evin ətrafını blokadaya alıb. Polislərin bu təlaşına səbəb isə tez-tez məşhurun evinə pərəstişkarlarının hücum etməsi olub.

Qeyd edək ki, may ayında məşhur müğənniyə təcavüz etmək üçün onun evini müşahidə edən Eduardo Leon adlı 27 yaşlı pərəstişkarı Rihanna evdə yoxkən onun evinə girib və orda 12 saat qalıb. O, şəxsi mülkə icazəsiz girmək, oğurluq, mala zərər vermə, polisə müqavimət ittihamları ilə həbs edilib.

Leon polisə ifadəsində "Rihanna ilə sevgiliyik. Az öncə sevişdik" sözlərini deyib. /publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.