Maraqlı

Antibiotik hamiləlikdə düşük yaradır – Yüksək riskli preparatların adı

7 Avqust 2018 19:50
0 Şərh     Baxış: 1 423
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Makrolid, xinolon, tetratsiklin, sulfonamid və metronidazol qeyri-ixtiyari abort, düşük riski yaradaraq, hamiləliyin 20-ci həftəsinə kimi zərərlidir.
Bunu Kanada tibbi asosiasiyasının elmi dərgisində çap olunan yeni araşdırma sübut edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 8700 nəfər hamiləlikdə düşük keçirmiş qadınların tibbi sığorta məlumatlarında qəbul etdikləri dərmanlar araşdırılıb.

Məlum olub ki, 16% qadınlar hamiləliyin birinci trimestrində antibiotik qəbul etmişdilər. Antibiotiklərdən Azitromisin düşük riskini 65%, klaritromisin isə 2 dəfə artırmışdı.

Araşdırmaçılar çox sayda hamilə qadına bu qədər antibiotik təyin olunmasına təəccüb ediblər.

Lakin elə hallar var ki, ağır bakterial infeksiyalarda hamilələrə az dozada da olsa antibiotik təyin edilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.