Maraqlı

Skarlatina xəstəliyi

4 Avqust 2018 19:20
0 Şərh     Baxış: 26 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Skarlatina hastaligi,skarlatina azerbaycanca nedir,skarlatina xesteliyi kecicidirmi,skarlatinanin fesadlari,skarlatina nin mualicesi,mexmerek xesteliyi,qizilca xesteliyi

Skarlatina -qızdırma, angina. dəridə nöqtəvari səpkilərlə müşayiət olunan infeksiyon xəstəlikdir.
Ümumi məlumatlar
Milli.Az immunitet.az-a istinadən bildirir ki, skarlatina ilə adətən uşaqlar xəstələnir. Törədiciləri beta - hemolitik streptokokklardır.
Səbəbləri.
Infeksiyanın mənbəyi skarlatinalı ,anginalı və ya streptokok daşıyıcılı insan hesab olunur. Yoluxma hava- damcı yolu ilə baş verir , bəzən məişət- kontakt yolu ilə ( oyuncaqlar və ya əşyalar ) baş verir. Yoluxma həm də dəridə zədə olduqda belə baş verə bilər.
Skarlatinanın əlamətləri.
Inkubasiyon periodu 1-12 günə qədər çəkir. Xəstəlik kəskin başlayır , bədən temperaturu 38-39 dərəcəyə qədər qalxır. Udma zamanı boğazda ağrı ,zəiflik, baş ağrısı müşahidə olunur. Həkim ağız və udlağa baxdiqda anginın klassik şəklini aşkar edir. Xəstəliyin 1 ci günü boyunda bədənin yuxarı hissəsində dəridən bir qədər yuxarıda çoxlu miqdar nöqtəvari səpkilər meydana çıxır. Bu səpkilər ölçüsü 1-2 mm olur, tezliklə bütün bədənə yayılır tı nahiyyələrdə olur. Səpki çox vaxt dirsək büküşü və qoltuqaltı nahiyədə olur, qaşınma ilə müşayiət olunur. Bircə burun və ağızın ətrafında səpki olmur. Dil məməcikləri şişkinləşir, moruğa bənzəyir. Bədən temperaturu yüksək olaraq qalır səpki 2-4 gün çəkir, sonra itir. Xəstəlikdən 5-6 gün sonra səpkilərin yerində dərinin qabıqlanması baş verir ki, bu da 2-3 həftə çəkir.diaqnoz qoymaq çətin olmur və həkim xəstənin klinik şəklinə görə diaqnoz qoyur.
Ağırlaşmaları
Ağırlaşmaları ilkin və gecikmiş olaraq 2 qrupa bölünür. Buna aiddir otitlər və sinusitlər. Gecikmiş ağırlaşmala revmatizm,qlomerulonefrit və s. aiddir.
Siz nə edə bilərsiz
Skarlatinaya şübhə olduqda mütləq həkimə müraciət edin və həkimin təyinatına dəqiq əməl edin. Skarlatina vaxtı antibiotiklər təyin olunur, müalicə olunmadiqda isə ağırlaşmalar baş verə bilər. Mütləq temperatur düşənə qədər yataq rejiminə əməl etmək çoxlu maye qəbul etmək lazımdır. Qida duru və ya bəzi zülları məhdudlaşdırmaqla yarımduru olmalıdır.
Müalicə evdə aparılır.ağır və orta ağır xəstələr 3 ayından 7 yaşına qədər uşaqlar, 1ci 2 ci sinif şagirdləri hospitalizasiya olunmalıdır.
Həkim 5-7 gün müddətində pensilin qrup antibiotiklər təyin edir.
Profilaktika
Skaralatinalı xəstə ayrı otaqda saxlanılmalıdır, ona ayrıca qab-qacaq ,dəsmal verilir. Xəstənin izolasiyası 10 gün müddətinə olur. Uşaqlar 12 gün müddətindən sonra məktəbə buraxılır. Kontaktda olan uşaqlar 7 gün müddətində kollektivə buraxılmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.