Dəvəquşu ən böyük quşdur. Onun qanadları olmasına baxmayaraq uça bilmir. Dəvəquşu qanadlarının forması onun uçmasına mane olur. Dəvəquşunun uzun və nazik ayaqları onun sürətlə qaçmasına şərait yaradır. Bu quşlar saatda 70 kilometr sürətlə dayanmadan qaça bilir. Dəvəquşular əsasən düzənlik ərazilərdə yaşayır. Onlara ən çox Cənub-Şərqi Afrikada, İraqda, İranda və Ərəbistanda rast gəlmək olur. Bu ölkələrin düzənlik sahələrində dəvəquşuları özləri yumurta qoyub bala böyüdürlər. XVII - XIX əsrlərdən sonra yer kürəsi əhalisinin ətə olan tələbatı bu quşun bir çox öklələrdə süni surətdə yetişdirilməsinə səbəb oldu. Milli.Az immunitet.az-a istinadən bildirir ki, həmin dövrlərdən başlayaraq bəzi ölkələrdə dəvəquşunun artırılması üçün fermalar yaradıldı və onların artırılması üzrə işlər aparılmağa başlandı. İndi Azərbaycanda da dəvəquşunun yetişdirilməsi ilə məşğul olan fermalar fəaliyyət göstərir. Dəvəquşu çox məhsuldar heyvandır. O 12-14 ay ərzində tam inkişaf həddinə çatır və soyuğa davamlıdır.
Dünya bazarlarında və qida sənayesində mal ətindən nə qədər çox istifadə edilirsə, Avropa və Asiya ölkələrində də dəvəquşu əti çox məşhurdur. Onun qiyməti dünya bazarlarında çox bahadır. Onun döş ətinin qiyməti daha çox bahadır və dünyanın ən bahalı restoranlarında servis edilir. Dəvəquşu ətinin dadı mal ətinin dadına bənzəyir. Onun rəngi tünd qırmızı olur. Dəvəquşu ətinin rəngi onun yaşından da asılı olaraq dəyişə bilir. Belə ki, cavan dəvəquşu ətinin rəngi qırmızı olur. O yaşlandıqca isə ətinin rəngi tündləşir. Dəvəquşu əti ən yaxşı dada malik olan ətlərdəndir. Onu sitrus meyvələrindən hazırlanmış souslarda bişirdikdə daha da dadlı olur. Onun ən dadlı hissəsi budlarıdır. Bud hissənin tərkibində olanlar orqanizm üçün çox faydalıdır. Onu adətən zəif və azyaşlı uşaqları yedizdirmək üçün istifadə edirlər. Dəvəquşunun bud əti ən yaxşı delikateslərdən hesab edilir. Dəvəquşu ətindən sousların, qarnirlərin, delikateslərin, qızartmaların hazırlanmasında istifadə edilir. Onu meyvə-tərəvəz, dəniz məhsulları, kartof və düyü ilə də bişirirlər. Dəvəquşunu bişirən zaman odun istisini güclü eləmək lazım deyil. Bu zaman ət gec bişir və bərk olur. Bişirilmə prosesi zamanı odun istisini 60*- dən artıq etmək məsləhət deyil. Dəvəquşu ətindən ən çox Namibiya, Keniya, İtaliya, Yaponiya, Çin və Rusiyada istifadə edilir. Dəvəquşu əti az kalorili ətlərdəndir. Onun tərkibi hind quşunun tərkibinə çox oxşayır. 100 qram dəvəquşu ətinin qida dəyəri:
- Zülallar - 21,7 qr
- Yağlar - 1,2 qr
- Kalori - 98 kKal.
Dəvəquşu əti B qrup vitaminlər, PP, E vitaminləri, orqanizm üçün lazım olan kalsium, kalium, maqnium, selen, sink, marqanes, nikel, kolbat, natrium, fosfor və s. elementlərlə zəngindir. Yağsız dəvəquşu ətinin tərkibindəkilər orqanizmin fiziki gücünü artırır və onun ağır xəstəliklərdən sağalmasına yardım edir. Onun tərkibi proteinlərlə zəngindir və onda xolesterin yoxdur. Tərkibində olan nikotin turşusu dəvəquşu ətinin dietik və müalicəvi təsirlərini artırır.
Tərkibindəkilər dəvəquşu ətinin faydalı olduğunu təsdiq edir. Onun tərkibində olan zülallar orqanizmin həyat fəaliyyəti üçün vacib olan zülallardır. Dəvəquşu ətinin tərkibində olan kalumun miqdarı ürək-damar xəstələri üçün çox faydalıdır. Kaliumun miqdarı arterial təzyiqin normallaşmasına və ürək əzələsinin möhkəmlənməsinə səbəb olur. Davamlı olaraq dəvəquşu əti ilə qidalanmaq ürəyin fəaliyyətini yaxşılaşdırır. Davamlı olaraq dəvəquşu əti ilə qidalanmaq, ürəyin işini yaxşılaşdırmaqla yanaşı, anemiya, şəkərli diabet və arterial təzyiqlə əlaqədar olan problemlərin aradan qalxmasına səbəb olur. Ağır xəstəliklərdən xilas olmaq və orqanizmin müdafiə gücünü artırmaq üçün dəvəquşu əti ilə qidalanmaq lazımdır. Dəvəquşu əti həzmi sürətləndirir, orqanizmin vitamin və minerallara olan tələbatını ödəyir. Dəvəquşu dərisinin alt hissəsində olan yağı dəriyə sürtdükdə ekzema və epitelizasiya zamanı meydana çıxan zədələnmələr qısa bir zamanda sağalır. O dəri qıcıqlanmalarını, qaşınmaları aradan qaldırır.
Dəvəquşu dərisini ağrıyan oynağa qoyub bağladıqda ağrı hissi aradan qalxır.
Dəvəquşu əti yemək dəri, babasil yaralarının, artrit, tronboflebit xəstəliyinin sağalmasını sürətləndirir. Dəvəquşu əti ilə qidalanmaq saçların uzanmasını sürətləndirir, baş dərisi ilə olan problemlərin aradan qalxmasına səbəb olur.
Oynaq xəstəlikləri, uzun müddət sürən xəstəliklər və iltihabi proseslər zamanı dəvəquşu əti yeməyin faydası çox böyükdür.
Kosmetologiyyada dəvəquşu əti
Dəvəquşu yağından bahalı kremlərin hazırlanması zamanı istifadə edilir. Bu yağ qocalmanın qarşısını alır və dərini qidalandırır.
Dəvəquşu yağından hazırlanmış maskanı üz və boyun nahiyəyə sürtdükdə dəriyə liftinq təsiri bağışlayır. Bu yağ dəridəki çapıqların yerini sağaldır və ləkələri yox edir.
Dəvəquşu yağının tərkibində süzülməmiş yağ turşuları var. Onun bioloji tərkibi kosmetologiyada tətbiqinin geniş olmasına səbəb olur.
Dəvəquşu yağı quru dərilər üçün əla müalicə vasitəsidir. Bu yağın iyi olmur və dəriyə heç bir allergik təsir eləmir.
Dəvəquşu ətinin zərərli xüsusiyyətləri
Dəvəquşu ətinin orqanizm üçün hec bir zərəri yoxdur, amma ondan ilk dəfə istifadə edən zaman diqqətli olmaq lazımdır.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dəvəquşu ətinin faydaları
21 İyul 2018 20:20
0 Şərh
Baxış: 4 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası
-
Günün qoroskopu: Köhnə borcları qaydaya salaraq irəli gedə bilərsiniz
-
Yapon cütlüklər ayrı yatırlar: Sən demə, səbəbi bu imiş
-
Gecə zehni susmayan 5 bürc
-
Bu yolda sürət həddi endirildi - FOTO
-
Dünyanın ən nəzakətli ölkələri açıqlandı - siyahı
-
"Nə məcburdur ki, bu statistikanı açıqlayırsınız?"
-
Toral qızına ad günü edir - VİDEO - FOTO
-
Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq
-
Bu ölkədə nağd pulla bağlı xəbərdarlıq: Artıq məcburi olacaq
-
Səkkizmərtəbəli bina nəhəng yolun ortasında tək qaldı
-
"Bayern Münhen"in ulduzu" Real Madrid"lə oyunu buraxa bilər
-
Səhərlər isti su içmək həqiqətən sağlamlığa faydalıdırmı?
-
Kartof qızardarkən yağ çəkməməsi üçün nə etməli?
-
Sarkisyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
-
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
-
Xamenei: Müqavimətə dəstək davam edəcək
-
Qlobal gərginlik və bahalı neft: Azərbaycan iqtisadiyyatı üçün yeni fürsətlər
-
Çay və qəhvə ilə dərman içmək niyə olmaz?
-
Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - FOTO
-
Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir
-
Putin: Ermənistan eyni vaxtda Aİ və Aİİ gömrük ittifaqında ola bilməyəcək
-
"İlham Əliyev və Paşinyanın səyləri ilə vəziyyət sabitləşib"
-
Xaosdan bezib kəndə köçdü: Məşhur aktrisa orqanik həyatı seçdi - FOTO





