Maraqlı

Məşhur müğənni 19 milyona villa aldı - FOTO

18 İyul 2018 13:38
0 Şərh     Baxış: 3 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktyor, bəstəkar, müğənni və prodüser Mark Entoni ABŞ-ın Florida ştatındakı Koral-Qeyblsdə 19 milyon dollara villa satın alıb.

Milli.Az "The Wall Street Journal"-a istinadən bildirir ki, 49 yaşlı Entoni villanı aşkar şəkildə yox, meneceri vasitəsilə əldə edib.

Bu villa M.Entoninin sabiq arvadı, məşhur müğənni və aktrisa Cennifer Lopeslə sevgilisi Aleks Rodrigesə məxsus malikanədən 2,4 km aralıdır.

1,3 hektarlıq ərazidə yerləşən, 1908 kvadrat metr sahəsi olan villada 12 yataq otağı və 13 vanna otağı var.

Villanın 100 metr uzunluğunda limanı, 121 kvadrat metr sahəsi olan hovuzu və fəvvarəsi var.

M.Entoni villanı "Bacardi" şirkətinin banisi Fakundo Bakardi Massonun nəticəsi Hilda Mariya Bakardidən satın alıb.

8 il əvvəl tam təmir olunmuq lüks villa 2014-cü ildə 18 milyon dollara satışa çıxarılmış, 2016-cı ildə qiyməti 27 milyon dollara yüksəlmişdi.

Mark Entoni və Cennifer Lopes 10 illik nikahdan sonra 2014-cü ildə boşanıblar. Onların izdivacında Mark və Emme adlı əkizlər doğulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.