Maraqlı

“Ford”dan elektromobil həmləsi

19 İyul 2018 08:35
0 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Ford" şirkəti tədricən daxili yanma mühərrikli avtomobillərin istehsalından imtina edərək elektromobillərin istehsalına başlayacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu "Engadget" saytına müsahibəsində "Ford"un "yaşıl" istiqamət üzrə qlobal direktoru Ted Kannis deyib. O bildirib ki, avtomobil dünyası dəyişir və şirkət zamanla ayaqlaşmalıdır. T. Kannis qeyd edib ki, "Ford" müxtəlif bazarlara və publikaya istiqamətlənmiş elektromobillər buraxacaq, çünki adi maşınların dövrü sona yaxınlaşır. 

"Ford"un yeni nəsil elektromobillərindən ilki "Mustang" və "Mach 1" olacaq. Onlar 2020-ci ildə satışa çıxacaq. 2022-ci ildə şirkət daha 16 növ elektromobil, eləcə də 24 hibrid avtomobil təqdim edəcək.

Xatırladaq ki, "Toyota", "Volvo", "Peugeot" və dünya avtomobil sənayesinin digər markaları da daxili yanma mühərrikindən imtinaya hazırlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.