Maraqlı

Sərnişin multikopteri nümayiş olunub - VİDEO

19 İyul 2018 07:11
0 Şərh     Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Opener" şirkəti vertikal uçuşlu və enişli "BlackFly" fərdi uçuş aparatını nümayiş etdirib. Hava gəmisinin sərnişin tutumu 1 nəfər təşkil edir. Bu barədə şirkətin saytında deyilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu tərtibatçılarının sözlərinə görə, multikopteri hamı idarə edə bilər və bu səbəbdən uçuşlar üçün pilot lisenziyası tələb olunmur. "BlackFly" üçün ABŞ və Kanadada artıq bütün lazımi sertifikatlar verilib.
 
Məlumata görə, aparat ön və arxa qanadlı multikopter şəklindədir. Qanadların hər birində hava vintli 4 elektromotor quraşdırılıb. "BlackFly" fərdi uçuş aparatının uzunluğu 4 metr, hündürlüyü 1,5 metr, qanadlarının uzunluğu 4,2 metr təşkil edir. Aparat boyu 2 metrədək və çəkisi 113 kiloqramadək olan şəxs üçün nəzərdə tutulub.
 
Bildirilir ki, "BlackFly" həm qurudan, həm də su səthindən uçur və onların üzərinə eniş edir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sərnişin multikopteri nümayiş olunub

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.