Üçyarpaq yonca çoxillik bitki olub, paxlalı bitkilər sinfinə aiddir. Onun kökü əlverişli şəraitdə dərinə və eninə doğru asanlıqla inkişaf edə bilir. Yonca ağ və ya çəhgrayı rəngdə çiçək açır. Onun kiçik çiçəkləri bitkinin uc hissələrində bitir və çətirə bənzəyir. Yonca əsasən yol kənarlarında və meşəlik ərazilərdə yetişir. Onun kök sistemi yaxşı inkişaf edir və köklərində kiçik hava boşluqları olur. Bu boşluqlarda çoxlu miqdarda xüsusi bakteriyalar toplanır. Yoncanın kökləri azotu özünə çəkib saxlaya bilmək qabiliyyətinə malikdir. Bu da yoncanın eninə və boyuna inkişaf etməsinə səbəb olur. Bəzən paxlalı bitkilərin inkişaf etməsi üçün onların yanında bilərəkdən yonca əkirlər. Yoncanın inkişaf etməsi daha çox arılardan asılıdır, çünki onun tozlanmasında arılar birbaşa iştirak edir. Yoncanı isiti havalarda üstü örtülü damın altında qurudurlar. O yalnız 1 il bağlı mühitdə saxlanıla bilir.
Yoncanın faydalı xüsusiyyətləri
Milli.Az immunitet.az-a istinadən bildirir ki, yonca yarpaqlarının tərkibində kalsum, dəmir, fosfor, maqnium, A, B, C vitamini var. Tibbdə yoncanın yarpaqlarından, zoğlarından və çiçəkl'rindən istifadə edilir. Yoncanın çiçəkləri onun çiçəklənmə dövründə toplanır. Yoncadan hepatitlər və mononuklez zamanı geniş istifadə edilir. Onun çiçəkləri bəlğəmgətirici təsirə malikdir. Öskürmə, soyuqlama və qan azlığı zamanı yonca xəstəliyinin əlamətlərinin azalmasına və sağalmasına səbəb olur. Yonca dəmləməsinin ağciyər xəstəliklərində, zəiflik zamanı, qan azlığında faydası böyükdür. Ondan sidikqovucu, bəlğəmgətirici və antiseptik məqsədlə də istifadə olunur. Bronxial astma xəstəliyinin sağalmasında yoncanın faydası çox böyükdür. Yonca dəmləməsindən dəri yaralarının və yanıqların tez sağalması üçün kompres kimi istifadə edilir. Əzilmələr zamanı da yonca dəmləməsindən kompres qoyduqda sağalma sürətlənir. Qırmızı yonca çiçəyi xərçəng əleyhinə təsirə malikdir. Ondan süd vəzi, yumurtalıqların və limfa vəzilərinin xərçəng xəstəliyində istifadə edilir. Son illər ABŞ alimləri yoncanın qaraciyər, podaqra, bağırsaqlar, öd və sidik kisəsi xəstəliklərinə də dərman olduğunu sübut etmişlər. Yonca orqanizmə detoksikasiyaedici təsir göstərir.
Yoncanın zərərli xüsusiyyətləri
Hamiləlik və südəmizdirmə dövründə yonca dəmləmələrindən istifadə eləmək məsləhət görülmür. Yoncanın tərkibində olan komponentlərdən birinə qarşı allergiyası olan adamlara da onun dəmləməsini içmək tövsiyə edilmir.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yonca haqqında
30 İyun 2018 19:35
0 Şərh
Baxış: 5 712

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda gəlinliklər niyə bahadır? - VİDEO
-
Avtomobilə uyğun yağı necə seçmək olar? - VİDEO
-
18 aylıq cəzadan sonra yenidən futbolda - göz yaşları sel oldu - VİDEO
-
Günün qoroskopu: güclü motivasiya hiss edəcəksiniz
-
Cəsədi Hövsandan tapılan gəncin əmisi danışdı - "Maşına baxırmış..." - VİDEO
-
"Hyundai"nin bu modelində ciddi problem aşkarlandı - Bakının benzininə "dözmür" - VİDEO
XƏBƏR LENTİ
-
Azərbaycanda gəlinliklər niyə bahadır? - VİDEO
-
Arıqlama dərmanlarının ölümcül təsirləri: Mütəxəssislərdən xəbərdarlıq
-
Nəm salfetlər təhlükəlidirmi?
-
Dərinin qocalmasını ləngidən vitamin açıqlandı
-
Alimlər qoxunun xoş və ya xoşagəlməz olmasına beynin necə qərar verdiyini kəşf ediblər
-
Gənələrdən necə qorunmalı? - Sadə tədbirlər həyat xilas edə bilər
-
Xərçəngin bu növü Y nəslinin yeni kabusuna çevrilib
-
Avtomobilə uyğun yağı necə seçmək olar? - VİDEO
-
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
-
18 aylıq cəzadan sonra yenidən futbolda - göz yaşları sel oldu - VİDEO
-
Günün qoroskopu: güclü motivasiya hiss edəcəksiniz
-
Cəsədi Hövsandan tapılan gəncin əmisi danışdı - "Maşına baxırmış..." - VİDEO
-
Rusiyanın çirkin imperializmi: Azərbaycanlılara qarşı yeni aqressiya dalğası
-
Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
-
"Hyundai"nin bu modelində ciddi problem aşkarlandı - Bakının benzininə "dözmür" - VİDEO
-
Rusiya nə etmək istəyir?
-
Türk Ordusuna hücum oldu - Yaralananlar var
-
Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi
-
Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub
-
Benzema aktrisa ilə evlənir
-
Stress "evimizi yıxır"
-
Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO
-
“Neftçi” növbəti transferini açıqladı
-
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama - VİDEO