Şərbət soyuq və ya isti halda içilən spirtsiz içkidir. Şərbətin hazırlanmasında su, bal, ədviyyatlar və ya müxtəlif dərman bitkilərindən istifadə edilir. Milli.Az immunitet.az-a istinadən bildirir ki, adətən şərbət balın və bitki dəmləməsinin suda həll olunmasından hazırlanır. Şərbətin hazırlanma tarixi qədim zamanlara gedib çatır. X - XI əsrlərdə şərbət isti halda içilib. O zamanlar şərbət ev şəraitində hazırlanıb, bazarlarda, yarmarkalarda və əhalinin çox toplaşdığı yerlərdə satılıb. Şərbətin hazırlanması zamanı ətirli və müalicəvi bitkilərdən( reyhan, şalfey, qızılgül, nanə, zəncəfil və s.) istifadə edilir. Ən qədim şərbət isə ball şərbəti hesab edilir. Onu tək və ya qarışım şəklində içmək mümkündür. XX əsrə qədər MDB məkanında yaşayan insanlar içki vasitəsi kimi əsasən şərbətdən istifadə ediblər. Sonralar isə şərbətin yerini çay və ya kofe tutub.
Şərbət dəmləmə və ya qaynadılma üsulu ilə hazırlanır. Onu hazırlayan zaman bəzi qaydalara əməl olunmalıdır.
* Şərbət şirli və ya şüşə qabda hazırlanmalıdır.
* Qaynadılan şərbətin üzərinə yığılan köpük mütləq yığılmalıdır.
* Süfrəyə verilməzdən əvvəl mütləq süzülməli və tərkibindəkilər xaric olunmalıdır.
* Dəmləmə üsulu ilə hazırlanan şərbət ən azı 30 dəqiqə saxlanılmalıdır. Bu zaman ona əlavə olunan ədviyyatların qoxusu maksimum dərəcədə şərbətə çıxır. Bu üsulla hazırlanan şərbəti sərin yerdə 2-3 gün saxlamaq mümkündür. Dadlandırmaq üçün şərbətə dadlı və ətirli giləmeyvələr əlavə etmək mümkündür.
Şərbətin faydalı xüsusiyyətləri
İsti şərbət əsasən qış aylarında içilir. İsti şərbət orqanizmə qızdırıcı, müalicəvi, iltihab əleyhinə və immun sistenmi yüksəldici təsir bağışlayır. Zəifldikdə, xəstəliklərdən və əməliyyatlardan sonra isti şərbət içmək şox faydalıdır. İsti yay günlərində isə soyuq şərbət içmək susuzluğu aradan qaldırır. Orqanizmə ən yaxşı təsir bağışlayan şərbət tərkibində bal olan şərbətdir. Ballı şətbətin tərkibi vitanmin və minerallarla zəngin olur. Ballı şərbət orqanizmi tonuslandlırır, fiziki və zehni gücü bərpa edir. Mütəxəssislər şəkərli diabetdən əziyyət çəkənlərə də az miqdarda bal şərbəti içməyin zərərsiz olduğunu söyləyir. Anemiya, həzmsizlik, bağırsağın normal işləməsi, qəbizlik, ürək-damar, dəri xəstəlikləri zamanı ballı şərbət içmək çox faydalıdır. Zəncəfil, darçın, mixək və müalicəvi dərman bitkiləri ilə hazırlanmış şərbət orqanizmə müalicəvi təsir bağışlayır.
Şərbətin zərərli xüsusiyyətləri
Bala və ya tərkibindəkilərə qarşı allergiyası oilanlara şərbət içmək məsləhət görülmür. Bu udmanın çətinləşməsinə və ağ ciyərdə şişkinliyin əmələ gəlməsinə səbəb olur. Artıq çəkidən əziyyət çəkənlərə çoxlu miqdarda şərbət içmək məsləhət görülmür.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Şərbətin insan orqanizminə faydaları
15 May 2018 21:25
0 Şərh
Baxış: 11 844

DİGƏR XƏBƏRLƏR
-
Hər bürc üçün həftənin ən şanslı günü
-
Bu məşhur markanın iki modeli "ölümcül maşınlar" sırasındadır - FOTO
-
Anasının həbsindən sonra Aysunun bu görüntüləri yayıldı - VİDEO
-
ChatGPT-yə aşiq oldu, arvadını boşayır
-
Bürclər üçün dönüş nöqtəsi - İş yeri dəyişikliyi, vəzifə, maaş...
-
Pişiklər üçün metro inşa etdi - VİDEO
XƏBƏR LENTİ
-
Hər bürc üçün həftənin ən şanslı günü
-
“Putin məndən zəng gözləyir” - Tramp
-
Tramp-Zelenski görüşü başa çatdı - YENİLƏNİB - FOTO
-
Zelenski: Ukraynanın ABŞ-dən dəstək üçün “hər şeyə” ehtiyacı var
-
Azərbaycanlı turistlər pulu nəyə xərcləyir? - ARAŞDIRMA
-
Atəşkəs zəruri deyil – Tramp
-
Zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
-
Tramp: Zelenski indi müharibəni bitirə bilər
-
"Ferensvaroş"un futbolçusu "Qarabağ"la sabahkı oyun haqda
-
Bu məşhur markanın iki modeli "ölümcül maşınlar" sırasındadır - FOTO
-
Azərbaycanda zəlzələ oldu
-
İran bu ölkələrlə sərhədə 130 kilometrlik divar çəkdi
-
Bu vərdişlər dişlərinizi məhv edir - Açıqlama
-
Anasının həbsindən sonra Aysunun bu görüntüləri yayıldı - VİDEO
-
Qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqlar haqqında qərar verildi
-
Rusiyada tanınmış azərbaycanlı iş adamı həbs edildi
-
Paşinyan: Avqustun 8-dən sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq
-
Yorğun hiss edirsinizsə ilk növbədə bunu yoxladın
-
Qarabağı tərk etmiş ermənilər Azərbaycana qayıdacaqmı? - Paşinyandan açıqlama
-
Bakının bəzi ərazilərində qaz olmayacaq - YENİLƏNİB
-
"Biz həm bu gün, həm də gələcəkdə revanş cəhdlərini qətiyyətlə rədd etdik"
-
Paşinyan Azərbaycan və Ermənistan arasında anklavlar məsələsindən danışıb
-
Brilliant Dadaşovadan Rəqsanənin həbsinə reaksiya - FOTO
-
Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş