Maraqlı

Mercedes-dən kompakt sedan - FOTO

24 İyun 2018 20:01
0 Şərh     Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mercedes-Benz şirkəti Pekin-2018 beynəlxalq sərgisinə uzun kompakt sedan A-Class L gətirib. Məxsusi olaraq Çin üçün istehsal edilən avtomobil Daimler və BAIC Motor gücündə olacaq. Lakin alman şirkəti tezliklə bu modeli digər ölkələrin bazarları üçün də istehsal edəcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeni Mercedes-Benz A-Class L Sedan-ın uzunluğu 4609 mm, eni 1796 mm, hündürlüyü isə 1460 mm-dir. Oxlar arasındakı məsafə 2789 mm-dir. Baqajın həcmi 420 litrdir.

Güman edildiyi kimi, yeni kompakt 4-qapılı modernləşdirilmiş MFA platformasında yığılıb. Bu platforma yeni nəsil hetçbək Mercedes-Benz A-Class-da da istifadə edilib.

Yeni sedan Mercedes-Benz A-Class L yeni 1,33-litrlik benzin mühərriklə (136 və 163 a.g.)  satışa çıxarılacaq. Gələcəkdə şirkət yenilik üçün 2,0-litrlik, 190-güclü mühərrik də təklif edəcək. Bütün mühərriklər 7-diapazonlu robotlaşdırılmış sürət qutusu ilə birgə işləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.