Maraqlı

Pizzanı yedi 6 kilo arıqladı - VİDEO

19 Aprel 2018 23:56
1 Şərh     Baxış: 2 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Əskişəhər şəhərində pizza çatdırılma şirkətində kuryer kimi çalışan Burak adlı şəxsin pizzaya tüpürdükdən sonra onu müştəriyə təqdim etməsilə bağlı məhkəmə prosesi davam edir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, gənc etdiyi hərəkəti öz mobil telefonuna çəkib və hadisə binanın təhlükəsizlik kamerasına düşüb. Binanın sahibinin qohumu kamerada kuryerin hərəkətini görəndən sonra bu barədə pizza sifariş edən Hüseyn Alyüzə məlumat verib. Olaydan sonra kuryer işdən qovulub. Sözügedən hadisə məhkəmə predmetinə çevrilib.

Şirkətin vəkili hadisənin əvvəldən planlaşdırıldığını deyərək olayla bağlı görüntülər məhkəməyə təqdim olunmadan internetdə yayıldığına görə şikayətin rədd edilməsi tələbi ilə çıxış edib: "Qurğu qurulub, bizi şantaj edirlər. Şirkətimizdə 100 nəfər işləyir, oların çörəyini əllərindən almaq istəyirlər".

Şikayətçi Hüseyn Alyüz isə hadisədən əvvəl 82 kq çəkidə olduğunu və iyrəndiyi üçün daha yemək yeyə bilmədiyini, 6 kilo arıqladığını bildirib: "Kuryerlə əməkdaşlıq etdiyim iddia olunur. Bu, qətiyyən belə deyil. Mən binanın sahibi ilə bir ildir küsülüyəm. Təhlükəsizlik kamerası ilə kuryer arasında 1 metr məsafə var. Şantaj iddiasını qəbul etmirəm. Pizza şirkəti axı dəfələrlə üzr istəyib".

Hakim tərəfləri barışığa dəvət edərək şahid ifadələrinin dinlənilməsi üçün prosesi iyulun 11-dək təxirə salıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.