Maraqlı

Google-un süni intellekti kütlədə bir nəfərin səsini ayırd edir - VİDEO

17 Aprel 2018 07:32
0 Şərh     Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir qayda olaraq, insanlar səs-küylü bir kütlənin içərisindən həmsöhbətin səsini kifayət qədər yaxşı ayırd edə bilirlər. Lakin təəssüf ki, eyni sözləri kompüter barədə söyləmək olmaz. Ancaq "Google" şirkəti bu problemin aradan qaldırılması üçün yeni həll hazırlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Google" şirkətini təmsil edən alimlər qrupu tərəfindən hazırlanmış dərin təlim sistemi danışan şəxsin sifətini tanımaqla yanaşı, konkret səsləri ayırd etmək qabiliyyətinə malikdir.

Nəticədə, süni intellekt sistemi eyni anda bir neçə insan danışdıqda belə bir nəfərin səsini ayırd edə bilir.
Hazırda "Google" şirkəti öz məhsullarında bu funksiyadan istifadə etmək imkanını araşdırır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Google-un süni intellekti kütlədə bir nəfərin səsini ayırd edir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.