Maraqlı

SAÇ DÜZÜMLƏRİ haqqında QEYRİ-ADİ FAKTLAR - FOTO

13 Avqust 2018 06:30
0 Şərh     Baxış: 5 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir insanın həyatının ayrılmaz hissəsindən biri saçları və saçlara edilən düzgün baxımdır. Bunun üçün isə nə edilir? Əlbəttə ki, xanımlar gözəllik salonuna, bəylər isə bərbərə müraciət edir.

Bərbər xidmətləri isə hər dövr üçün müxtəlif cür olub. Dövrə uyğun stilistlərin maraqlı ideyaları isə insanların saç düzümlərində təcəssüm olunurdu. Saç kəsimləri və saç düzümləri çox sürətli şəkildə dəyişir. Lakin hər nə qədər dəyişilsə də, zaman-zaman keçmiş dövrlərin saç üslublarına müraciət edən stilistlərə rast gəlirik.

Milli.Az bərbərlərin bu günə qədər istifadə etdiyi ən maraqlı saç kəsimləri haqqqında qeyri-adi faktları təqdim edir:

Bərbərlər adət edilmiş saç düzümləri üzərində işləməyi sevmir. Alimlərin tədqiqatları göstərir ki, daranmaq insan üçün ən təbii bəzək növüdür. İndi istifadə edilən uzun saç modellərinin əksəriyyəti ibtidai insanların adət etdikləri obrazını xatırladır. Onlar istəmədən maraqlı saç düzümü ortaya qoyublar. İlk daraqlar isə mamontların sümüklərindən istifadə edilərək hazırlanıb. Təxminən 40 min il əvvəl yaşamış vəhşi heyvanların dəfnlərini araşdıran arxeoloqlar həmin daraqları qazıntılar zamanı aşkarlayıblar. Həmçinin qazıntılar zamanı bir çox qadınların heykəlləri də aşkarlanıb. Artıq o zamanlardan kişilərdən fərqli olaraq qadınlar hörüklərinə güllər və bir sıra başqa bəzək əşyaları taxaraq özlərinə müxtəlif saç düzümləri düzəldirdilər. Təxminən ilk dəfə saçların müxtəlif formada yığılması üçün yağ və gildən istifadə edilib.

Mamont dişindən daraq

İddia edilir ki, ilk dəfə buruq saçlar qədim misirlilər tərəfindən ixtira edilib. Misirin yerli zadəgan xanımları əsasən təbii saçlardan və ya yun saplardan hörülmüş pariklərdən istifadə edirdilər. Lakin saçların burulması üçün isə taxta çubuqları tətbiq edirdilər. Saçları çubuqların üzərinə dolayıb onları yağ və ya gil ilə dolu qabın içərisinə qoyurdular. Sonra palçığı lazımi qaydada təmizləyir və müxtəlif saç düzümləri yığırdılar. Misirin gözəl qadınları öz saçlarını təmiz qırxıb parik taxırdılar. Parikin forması isə birbaşa xanımların sosial statusu haqqında məlumat verirdi. Nə qədər cah-cəlallı, yumuşaq yundan və həcmli olsa bir o qədər də yuxarı təbəqənin adamı kimi tanınırdılar.

Qədim Yunanıstanda sıx saç düzümləri dəb olub. Belə ki yunan qadınları gözəlliyi alınlarının kiçik olmasını gözəl hesab edirdilər. Bu artıq gözəlliyin etalonuna çevrilmişdi. Bu səbəbdən də onlar yaylıq və ya kəkil vasitəsilə alınlarını kiçildirdilər. Çox yunanlar qəsdən alınlarını saçlarının köməyilə örtsə də , gözəllik standartlarına çata bilmirdilər.

Amma rəngli saç düzümlərinə tələbat, müxtəlif atributlara bənzər saç düzümləri isə ilk dəfə Qədim Romada meydana gəlib. Saçlar hörük şəklində toplanıb xüsusi boyalarla rənglənirdi. Rənglər qeyri-təbii olsa da, Misir xanımlarının saçları çox sağlam olurdu. Xüsusilə saçları tünd rənglərə zil qara və ya parlaq mavi, qırmızı rənglərə boyadılırdı.

Bu günki dövrdə kürən saçlara sahib insanlar öz şəxsiyyətini vurğulamağa çalışırlar. Lakin Orta əsrlərdə isə kürən saçlı xanımlara sadəcə cadugər kimi baxırdılar.

Bütün sahələrdə olduğu kimi bərbər işində də xüsusi diqqət, incəsənət yanaşması intibah dövrünə təsadüf edir. Bu dövrdə saç ustalarına və bu sahəyə yeni maraq yarandı. Yüksək alın təbii gözəlliyin əsas etalonu olmağa davam edirdi, demək olar ki, bütün qadınlar saç düzümlərinə görə, qeyri-təbii şəkildə bir-birinə bənzəyirdi. Məsələn, alın üzərindən saç 2 barmaq yeri qoyub kəsilirdi. Modapərəstlərin başında tellərdən və ya hörüklərdən mürəkkəb konstruksiyalar hazırlanırdı. Saç düzümlərində isə maraqlı duvaqlardan, qiymətli daşlardan istifadə edilirdi.

Mariya Antuanetta saç düzümünün ən yüksək fantaziyasını gerçəkləşdirmişdi. O, atributların hesabına hündürlüyü 90 santimetrə çatan saç düzümlərinə imza atıb. Belə saç düzümləri 1 günə hazırlanmırdı. Onu hazırlamaq üçün günlərlə iş gedirdi. Dəbin kübar qurbanları narahat yastıqlarda yatırdılar ki, saçları dağılmasın.

Ampir stili isə XIX əsrin əvvəllərindən məşhur olmağa başladı. O zaman Avropada bütün qadınlar saçlarını tamamilə burub, tən ortadan ikiyə ayrıb, yana atırdılar. Kiçik toppuz isə ona gözəllik qatan əsas arqument olurdu.

Saçların burulması üçün ilk cihaz 1908-ci ildə Almaniyada, bərbər Karl Nesslerom tərəfindən ixtira edilib.

Psixoloqlar saç düzümünü dəyişən insanların bezmiş həyat hekayələrindən şüuraltı qurtulması kimki xarakterizə edir. Belə ki, qadınların depressiya anında uzun saçlarını kəsmələrini analiz edən psixoloqlar, bunun doğurdan da mümkün olduğunu iddia edir. Onların sözlərinə görə, nə vaxt ki, insan həyat tərzini dəyişdirmək istəyir, başda bir imicə bürünür, o zaman yeni səhifə və yeni üslub meydana gəlir. Bu isə insanları mənəvi olaraq yenidən doğulduqlarına inandırır. Bundan başqa, tədqiqatlar göstərir ki, qısa saçlarla insanlar daha qətiyyətli və daha impulsiv olmağa kömək edir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.