Maraqlı

"Youtube"un işində problem yaranıb

3 Aprel 2018 08:18
0 Şərh     Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın bir çox yerində istifadəçilər "YouTube" videoservisinin işində problemlərin olduğunu bildirirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə internet-resursların işini izləyən "Downdetector" bildirir.

"Downdetector"un məlumatında deyilir: "2 aprel 2018-ci il saat 22:55:24-də Youtube-da problemlər var".

Daha çox videoservisin işləməsində problemlərin olduğunu ABŞ-da, Kanadada, Braziliyada, Almaniyada, İsveçdə, Böyük Britaniyada, İtaliyada, İspaniyada, Fransada, Belarusda, Ukraynada, Rusiyada bildirirlər.

"YouTube" arıtq bu məsələ ilə bağlı öz "Twitter" səhifəsində açıqlama verib. Videoservis bildirib ki, problemin aradan qaldırılması üçün işlər aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.