Maraqlı

Tərdən sirkə iyi gəlirsə... Təhlükəli simptom

24 Mart 2018 23:35
1 Şərh     Baxış: 4 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tərin əsas hissəsini su təşkil edir. Bu səbəbdən tər iysizdir.

Lakin dəriyə düşəndən sonra tər burada yaşayan mikroblar, toz və s. ilə əlaqəyə girir və bu da tərin iyini dəyişir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, gigiyena qaydalarının pozulması, çoxlu turş, qızardılmış, ədviyyatlı qidaların qəbulu tər iyinin dəyişilməsinə, daha kəskin olmasına səbəb olur.   

Lakin bəzən tər iyinin dəyişilməsi (sirkə, aseton, xara olmuş balıq iyi və s.) hər hansı xəstəliyin simptomu da ola bilər. Belə ki, tərdən gələn turş, sirkə iyi bu kimi xəstəliklərin simptomu kimi meydana çıxa bilər:

- Şəkərli diabet. Tər iyinin dəyişilməsindən əlavə insanda səbəbsiz susuzluq, sidik ifrazının artması, yaraların gec sağalması kimi simptomlar əmələ gəlir.

- Qadınlarda mastopatiya zamanı tərdən sirkə iyi gəlir. Süd vəzilərdə ağrlar, bərkimiş sahələr varsa, mütləq mammoloqa müraciət edin.

- Vərəm xəstəliyi. Zəiflik, tez yorulma, gecə saatlarında güclü tərləmə vərəm xəstəliyinə işarə edə bilər.    

- Qalxanvari vəzinin fəaliyyətində pozulmalar.

- D və B qrupu vitaminlərinin çatışmazlığı.

- Uşaqlarda raxitin inkişafı zamanı tərin iyi dəyişilir, turş olur. Buna vaxtında fikir vermək lazımdır. Həkim uşağa D vitamini təyin edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.