Maraqlı

Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Azərbaycan Demokratik Respublikası?

24 Mart 2018 21:05
0 Şərh     Baxış: 1 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1918-ci ildə yaranmış Azərbaycan dövlətinin əsl adı nə olub - Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Azərbaycan Demokratik Respublikası?

Bəzi tarixçilər ADR, bəziləri AXC yazır. Bəs bunların hansı düzdür?

BBC Azərbaycanca bunu o dövrü tədqiq edənlərdən soruşub.

Altay Göyüşov (tarixçi alim):

Hər ikisi düzdür. Əslində, o dövrün sənədlərində "Azərbaycan Cümhuriyyəti" kimi qeyd edilib. Ancaq respublikanın demokratik olması "İstiqlal" bəyannaməsində xüsusi olaraq qeyd edilir.

Bəyannamənin 2-ci maddəsində göstərilir ki: "Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqərrür ediyor".

Sonrakı maddələrdə də "Azərbaycan Xalq Cümhuriyyəti" deyə təkrar olunub.

Rus dilinə isə "Azerbaydjanskaya Demokratiçeskaya Respublika" kimi tərcümə edildi və qısadılmış ADR yazıldı. O dövrdə bəzi sənədlər, yazışmalar rus dilində aparılırdı. Onda AXC-ni ADR kimi qeyd edirdilər. "Cumhuriyyət" sözünü "respublika", "xalq" sözünü isə "demokratiya" kimi tərcümə etmişdilər.

İstiqlal bəyannaməsinin fransızca mətniİstiqlal bəyannaməsinin fransızca mətnində AXC Demokratik Respublika kimi tərcümə olunur

Əlimərdan Topçubaşovun məktub imzasıAzərbaycanın nümayəndə heyətinin prezidenti Əlimərdan Topçubaşovun Paris Sülh Konfransına ünvanladığı məktublarda Azərbaycanın adı fransızca Azərbaycan Respublikası olaraq yazılıb

Şirməmməd Hüseynov(jurnalist-tədqiqatçı):

Dövlətin adı Azərbaycan Xalq Cümhuriyyətdir, sənədlərdə bu cür göstərilib. Vaxtilə rus dilinə düzğün tərcümə edilməyib.

İndi təsəvvür edin, Çin Xalq Respublikası var, kim onu "Kitayskaya Demokraticeskaya Respublika" adlandıra bilər? Tərcümə edilir: "Kitayskaya Narodnyaya Respublika".

Heydər Əliyevin vaxtında televiziya ilə çıxış elədim, dedim ki, Azərbaycanda ADR adında dövlət olmayıb.

Heydər Əliyev Milli Arxiv İdarəsinin o vaxtkı rəhbəri Ataxan Paşayevi yanına çağırıb ki, orijinalı mənə gətirin. İstiqlal bəyannaməsini ona aparıblar, oxudub ki, orda dövlət Azərbaycan Xalq Cümhuriyyəti adlandırılır.

Ondan sonra dedi ki, bəs niyə Demokratik Respublika adlandırırsız. Bundan sonra onun AXC ilə bağlı sərəncamlarında Azərbaycan Xalq Cümhuriyyəti yazıldı.

Hesab edirəm, dövlətə nə ad veriblərsə, o adla da adlandırılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.