Maraqlı

Hadisə ilə bağlı təəccübləndirən sirr açıldı

23 Mart 2018 18:21
0 Şərh     Baxış: 3 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur müğənni Hadisə ilə bağlı hər kəsi heyrətləndirən iddia ortaya atılıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənninin 2 ildir rəhbəri olduğu çimərliyin sahibinə 1 milyon 900 min lirəlik (təxminən 800 min manat) borcunu ödəməyib.

Tərəflər alış-veriş işində məhkəməlik olub. Bundan sonra Hadisə borcun 1 milyon lirəsini ödəyib. Daha sonra 900 min lirəni almaq üçün yenidən məhkəməyə gedən mülk sahibi şok olub. 

Hadisənin öz adına heç bir mülkün olmadığı, təzminatlara görə bank hesablarının sıfır olduğu ortaya çıxıb. Ötən günlərdə Hadisənin cangüdəni də maaşını ala bilmədiyini demişdi. Hazırda Amerikada olan Hadisənin məsələ ilə bağlı açıqlaması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.