Maraqlı

Unutqanlığı səbəbindən avtobusda milyard dollarlıq ideya tapdı

22 Mart 2018 20:55
0 Şərh     Baxış: 1 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ən yaxşı fikirlər hər zaman ehtiyacları ödəyənlərdir. Dropbox qurucusu Drew Houston da bu cür fikirlərdən biri ilə zəngin olub.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, Drew Houston 2007-ci ildə Dropbox adlı servis yaratdığında hələ heç kim adını bilmirdi. 2014-cü ildə isə şirkətin dəyəri 10 milyard dollara qədər yüksəlmişdi. Hazırda 500 milyondan çox istifadəçisi olan və illik gəliri 1 milyarddan çox olan bir şirkətdir. Servis istidadəçilərinə çox praktik şəkildə bulud texnologiyası üzərində qurulmuş xidmət təqdim edir.

Houstonun Dropboxun yaranma tarixi haqqında söylədikləri:

"Bütün faylları bir yerdən başqa bir yerə köçürmək üçün hər zaman yaddaş kartı daşıyırdım. Bundan başqa vacib faylları öz e-poçtuma atırdım, beləliklə özümə praktiki yolu seçmişdim. Bir gün Bostondan Nyu Yorka avtobusla gedən zaman fayllarımı yüklədiyim USB kartımı evdə unutdum. Çox əsəbləşmişdim. Çünki, bunu artıq tez-tez təkrarlamağa başlamışdım."

Drew Houston həmin andan etibarən artıq daha praktiki bir fikir yaradır. Ağlındakı fikirləri həyata keçirmək üçün kod yaz başlayır. "Yazdığım kodların nə olacağı barədə heç bir fikrim yox idi" deyir. Ancaq bu kodlaşdırma böyük bir yaddaş sisteminin yaranmasına səbəb olur. Qurduğu şirkət daha sonra Y Combinatordan ilk milyon dollarlıq investisiyasını alır.

Dropbox hazırda ən çox istifadə edilən fayl saxlama xidmətlərindən biridir. Bu da ən yaxşı fikirlərin hər zaman insanların ən lazımi ehtiyacları ucbatından yarandığını göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.