Maraqlı

İt şousu qalmaqalla bitdi - VİDEO - FOTO

12 Mart 2018 14:18
0 Şərh     Baxış: 1 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Birmingem şəhərindəki " National Exhibition Centre"də keçirilən ənənəvi və dünyaca məşhur "Crufts" kinoloji sərgisi xaosla, qarışıqlıqla başa çatıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, birbaşa translyasiya olunan mükafatlandırma mərasimində arenaya heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan PETA (People for the Ethical Treatment of Animals) təşkilatının mənsubları qaçaraq daxil olublar.

"Şounun ən yaxşısı" nominasiyasının qalibi elan edilən anda arenaya PETA mənsubu girib. Mühafizəçilər onu tutublar.

"Ən yaxşı" seçilən itin sahibəsi dərhal köpəyi tutaraq kənara çəkilib.

PETA-nın Britaniya bölməsinin yaydığı açıqlamada bildirilir ki, arenaya kişi və qadın daxil olublar. Onların əllərində "Crufts: Canine Eugenics" ("Crafts: it yevgenikası") yazılmış plakatlar vardı.

"Aksiyanın məqsədi bu və digər, aşkar görünən məziyyətlərə malik olmaq üçün xüsusi yetişdirilən itlərin çəkdikləri əzablara cəmiyyətin diqqətini cəlb etmək idi", - PETA-nın açıqlanmasında deyilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İt şousu qalmaqalla bitdi -1

İt şousu qalmaqalla bitdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.