Maraqlı

Moda tarixində ilk dəfə: zadəgan bacılar və dronlar - VİDEO - FOTO

19 Aprel 2018 21:41
0 Şərh     Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Milan şəhərində keçirilən "Milan Fashion Week"də "Dolce & Gabbana" brendinin yeni kolleksiyasının nümayişi olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şouya Britaniya zadəganları da qatılıblar.

27 yaşlı ledi Kitti Spenser ön sırada oturmuşdu. Sol tərəfdə Monkriff, sağ tərəfdə isə Manners sülaləsinin mənsubları olan bacılar vardı.

Ledi Kitti Spenser şouya 31 yaşlı Ueymut vikontessası Emma Tinnlə qatılmışdı.

4 Monkriff bacıları - 23 yaşlı Eliza, 19 yaşlı Lili, 26 yaşlı İdina və 21 yaşlı Aleksandra 800 illik tarixə malik sülalənin təmsilçiləridir.

Manners bacıları - 24 yaşlı Violet, 22 yaşlı Elis və 20 yaşlı Elis də Kitti Spenserin yanında idilər.

Bir qədər arxada isə 28 yaşlı ledi Sabrina Persi və Meddi Uoterhaus vardılar.

Şouda dünya modasının tarixində ilk dəfə olaraq dronlardan istifadə ediblər.

Qapalı nümayişdə podiuma modellərlə yanaşı, dronlarda çıxarılıb. Dronlar brendin yeni kolleksiyasındakı çantaları "daşıyırdılar".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Moda tarixində ilk dəfə: zadəgan bacılar və dronlar

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.