Maraqlı

Dumanlı Albion ən yaxşıları seçdi - FOTO

22 Fevral 2018 11:50
0 Şərh     Baxış: 1 579
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Britaniyanın paytaxtı Londondakı O2 arenasında "Brit Awards 2018" mükafatlarının təqdimat mərasimi keçirilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ənənəvi, hər il keçirilən musiqi mükafatı mərasimidə bu dəfə də çoxsaylı ulduzlar vardı.

Onlar qadınlara qarşı zorakılığa etiraz edən "Times Up" hərəkatına dəstək olaraq əllərində ağ qızılgül tutmuşdular. Kişilər isə sinələrinə bu gülü taxmışdılar.

Mərasimə qatılanlar arasında Ed Şiran, Castin Timberleyk, Rita Ora, Kamila Kabelyo, Dua Lipa, Sem Smit, Elli Qoldinq, Kayli Minouq,"Little Mix" qrupu, "One Direction" qrupunun sabiq solisti Liam Peyn və Şeril Koul varodılar.

34 yaşlı Şerillə 24 yaşlı Liam əl-ələ tutmuşdular.

Stormzy "Britaniyanın ən yaxşı solo ifaçısı", Dua Lipa isə "Britaniyanın ən yaxşı solo qadın ifaçısı" nominasiyasında qalib gəliblər.

ABŞ-dan olan rok-qrup "Foo Fighters" isə "Ən yaxşı əcnəbi qrup" nominasiyasında mükafat alıb.

Ötən il vəfat etmiş britaniyalı müğənni Devid Boui 2 nominasiyada "Brit Awards"a layiq bilinib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.