Dostumsan, yoxsa sevgilim? - Suallarınıza cavab tapın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çox xoşunuza gələn biri bəzən sizə dostdan da artıq, bəzən isə sadəcə dost kimi davranırsa və ağlınızı qarışdırırsa, münasibətinizi dəyərləndirməkdə fayda var. Çünki ağılda yaranan bu suallar heç kimi rahat buraxmaz. Dəqiqləşdirmək mütləqdir, əks təqdirdə sevgiliniz olmasını istədiyiniz şəxsin davranışlarını sadəcə özünüz görmək istədiyiniz şəkildə görər və xəyal qırıqlığı yaşayarsınız.
Xoşunuza gələn şəxsin dostunuz, yoxsa sevgiliniz olması ilə bağlı ağlınızda yaranan suallara Milli.Az-ın ailem.az-a istinadən təqdim etdiyi bu yazıda cavab tapın.
- Əgər ağır iş rejiminə rəğmən, sizin üçün vaxt ayıra bilirsə, bu, sizə dəyər verdiyini və özəl hisslər keçirməyə başladığını göstərir.
- Ortaq dostlarınız var? Xoşlandığınız şəxs sizi dostları ilə tanış edibmi? Tanışlıq zamanı sizinlə necə davrandı? Onların yanında sizinlə necə davranması ipucu ola bilər. Əgər sizə də digər dostları kimi davranırsa, dost olma ehtimalınız yüksəkdir.
- Özəl günlərdə sizə daha özəl davranması yaxınlıq dərəcənizi artırdığını göstərə bilər.
- Son anda harasa getməklə bağlı proqram qurursa və daha əvvəldən getməyi planlaşdırdığı yerə sizi də dəvət edirsə, sadəcə dostsunuz. Ancaq həftənin əvvəli zəng edib digər həftə üçün sizinlə birgə həftəsonu proqramı hazırlayırsa, sevgili olmaq ehtimalınız yüksəkdir.
- Siz zəng etdiyinizdə artıq bir planının olduğunu deyirsə və gedəcəyi yerə sizə də dilucu dəvət edirsə, deməli, dostsunuz. Ancaq dostları ilə qurduğu planı təxirə salaraq, gəlməyiniz üçün sizə təkid edirsə, sevgili olmaq şansınız yüksəkdir.
- Birlikdə ikən keçmiş sevgililərdən söz açırsa, sevdiyi qız haqqında sevgiylə danışırsa, sadəcə dostsunuz. Amma keçmiş sevgililərdən söhbət düşdükdə mövzudan yan keçirsə, sevgili olmaq ehtimalınız böyükdür.
- Məktəbdəki, iş yerindəki uğurunu və ya hər hansı bir sevincini başqalarından eşidirsinizsə, sadəcə dostsunuz. Tam əksi, həyatındakı ən kiçik dəyişikliyi belə, zəng edib sizə xəbər verirsə, sevgili olmaq şansınız var.
- Ayda bir-iki dəfə görüşürsünüzsə, hər dəfə də siz zəng edib görüş təklif edirsinizsə, dostsunuz. Hər gün ən az bir dəfə zəng edirsə, bəhanə edib mesaj yazırsa, sevgili olmaq üstünlüyünüz çoxdur.
- Xəstə olduğunuzdan başqasından xəbər tutursa, sadəcə telefonla zəng edib bir neçə kəlməylə ötüşdürürsə, dostsunuz. Sizi özəl hiss etdirəcək şəkildə həkimə yönəldirsə, sevgili olmaq şansınız yüksəkdir. Kişilərin çox vaxt özəl hiss etdirdikləri xanım sevgili olmaq istədikləri şəxsdir.
- Xarici ölkəyə səfər etdiyini başqasından eşidirsinizsə, dostsunuz. Amma bunu sizə əvvəldən xəbər veribsə və gəlməyəcəyinizi bilə-bilə dəvət edirsə, böyük ehtimalla sevgili olmaq yolundasınız.
- Söhbət sevgidən düşəndə "uzun müddətli münasibətə hazır deyiləm, mənə belə rahatdı" kimi cümlələr qurursa, dostsunuz. Ancaq qapını aralamaq istəyirmiş kimi sevginin hər zaman lazımlı olduğunu və uyğun birini tapmağın çətin olduğunu deyirsə, onun üçün dostdan da artıqsınız.
- Sadəcə sizi əsəbiləşdirmək üçün sevmədiyiniz zarafatları edirsə, kobudlaşırsa, arqo ifadələr işlədəcək şəkildə çox rahat danışırsa, dostsunuz. Əksinə, xoşunuza gəlməyən şeyləri təkrarlamırsa, hər kəlməsinə diqqət edirsə, xoş davranmağa çalışırsa, sevgili olmaq şansınız yüksəkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Aytən Mərəhhərmovanın ifasına tamaşaçı da ağladı, özü də... - (Video)
-
Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)
XƏBƏR LENTİ
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib
-
Farah Zeynep Abdullahın burnu sındı - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Tanınmış rus bloger İslamı qəbul etdi
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq





