Maraqlı

Bijuteriya sevən xanımların nəzərinə: bu ilin dəbi belədir - FOTO

30 Mart 2018 23:09
0 Şərh     Baxış: 2 317
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bijuteriyanın da trendi olurmu deyə təəccüblənməyin. Dərhal bəzək əşyalarınızı gözdən keçirib bəzilərini yeniləri ilə dəyişdirməyə tələsin. Milli.Az ailem.az-a istinadən 2018-ci ilin bijuteriya trendlərini diqqətinizə çatdırır.

Asimmetrik halqalar

Ötən il 80-ci illərin stili olan qalın halqa sırğaların yüksəlişinə şahid olduq. 2018-ci ildə bu halqa sırğaların asimmetrik formalı olanlarını görəcəyik.

Sancaqlar

Zər-zibalı sancaqlar 2017-ci ilin podiumlarını bəzədi. Bu o deməkdir ki, bu il də şallarda, yaxalarda və çantalarda bol şəkildə sancaqlarla rastlaşacağıq.

Xalxal

Xalxalların modası heç bir zaman keçmir. Ancaq bu il xalxalınız yoxdursa, deməli, dəbdən geri qalmısınız. Topuqlarınızı incə xalxallarla bəzəmək üçün yay tətilini gözləməyin.

Çeçələ barmaq üzüyü

90-cı illərin çeçələ barmaq üzükləri də 2018-ci ildə geri dönür. Həm zərif, həm də imzanız kimi barmağınızda daşıya bilərsiniz.

Çiyinlərə uzanan sırğalar

Bir neçə mövsümdür ki, dramatik sırğaların yüksəlişinə şahid oluruq. Bu mövsüm daha böyük, daha iddialı, daha şıq sırğalara hazır olun. Qaşlı, parlaq, qızılı, qotazlı - ağlınıza nə gəlirsə.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.