Həyatı rəngsiz təsəvvür etmək çətindir. Rənglər insanın sağlamlığına, əhval-ruhiyyəsinə təsir edir. Təbiətin yaratdığı rənglər arasında uyarlıq olsa da, süni mühitdə sintez edilmiş rənglər heç də həmişə uyğun gəlmir. Aparılan sorğuya görə, harmoniya yaratmayan, eləcə də qıcıqlandırıcı rənglər insan səhhətinə mənfi təsir göstərir.
Rənglərin sirləri və insana təsiri barədə daha ətraflı bilgiyə malik olmaq üçün "Ekspress" qəzeti xalq rəssamı Cəmil Müfidzadəyə müraciət etdi. Onun sözlərinə görə, rəng dünyası çox genişdir.
"Rənglərin öz dili var. Müəyyən hazırlığı olmayan adamlar rənglərin dilini dərk etmirlər. Rənglər müəyyən hissləri, xəbərləri, müsbət və mənfi emosiyaları insanlara bəxş edir. Onların həyatda önəmi çox böyükdür. Misal üçün, insanların geyiminə diqqət yetirək. Bəzən elə qadına rast gəlirsən ki, şəfəq saçır, insanda xoş əhval-ruhiyyə yaradır. Çünki geyiminin rəngi, əgər bir neçə rəngdən ibarətdirsə, onların bir-birinə uyğunluğu düzgün seçilib. Elə adam da var ki, zövqü yoxdur. Boz rəngli paltarlar geyinib kütlə arasında itir".
C.Müfidzadə rənglərin mənaları barədə də danışıb. "Qırmızı rəng bayram, şənlik, şuxluq mənasını verir. Qara matəm, ağ - saflıq, təmizlik deməkdir. Göy rəng səmanı simvolizə edir. Səmaya, yüksəkliyə baxanda göy rəngi görürsən. Dənizə isə səmanın əksi düşür. Çünki su özü şəffafdır. Lakin su quyusu dərinləşdikcə daha çox göyə çalmağa başlayır.
Qəhvəyi zəhmət ilə əlaqədar rəng sayılır. Zəhmətkeşlərin, səhərdən axşama qədər tarlada işləyənlərin, yorulanların rəngidir. Qəhvəyi rəng çalışmaq, əziyyət çəkmək deməkdir. Yaşıl və açıq mavi sakitlik təəssüratı formalaşdıran rənglərə aid edilir. Bu səbəbdən də yataq otağını yaşıl, açıq mavi rəngə boyayırlar ki, sakitlik gətirsin. Bu rənglərin əhatəsində adam rahat dincəlir və yuxuya gedir. Təsəvvür edin ki, axşam girirsiz yataq otağına dincəlməyə. Otaqların divarları qıpqırmızı, çilçıraq qırmızı və göy rəngdə işıq verir. Bu rənglər heç vaxt adamı sakitləşdirə bilməz. Əksinə, qıcıqlandırıcı təsir edər".
Rəssam ağla qara, sarıyla qırmızı, yaşılla sarı, qırmızıyla yaşıl rənglərinin uyğun gəldiyini bildirir. "İsti və soyuq rənglər var. Soyuq rənglərə göy, qara rənglərin bəziləri daxildir. Belə ki, qaranın altı-yeddi çaları var. Qaraların içərisində istisi də var, soyuğu da. Qəhvəyi, narıncı, noxud rəngi, biçilmiş otun rəngi isti rənglərə daxildir. Ümumiyyətlə, rəngləri sözlə ifadə etmək çox çətindir".
Müsahibim yay fəslində bəzi rənglərin sərinlik gətirə biləcəyini deyib. "Ağ, açıq mavi, sarının açıq tonları sərinlik hissiyyatı yarada bilər. Hətta geyim də ağ rəngdə olanda günəşin şüalarını əks etdirir, qara, tünd qəhvəyi, tünd qırmızı rənglər isə gün şüalarını özünə çəkir. Günəş batan zaman qırmızı rəngi, lalə qırmızı rəng də isti gətirir".
Həmsöhbətim rənglərin xəstəliklərin müalicəsində mühüm rol oynadığını da deyir. Onun sözlərinə görə, səriştəli həkimlər müalicə zamanı musiqi və rənglərdən də istifadə edirlər. Belə ki, rəssama görə, rənglərin təsirini tanıyan həkim rənglərin vasitəsi ilə xəstənin əhval-ruhiyyəsinə müsbət təsir edə bilər. "Rənglər vasitəsi ilə xəstə üçün onun dərdlərindən uzaqlaşdıran bir mühit də yaratmaq olar".
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Sərinlik gətirən rənglər
6 Avqust 2011 13:24
Baxış: 4 050

DİGƏR XƏBƏRLƏR
-
Bu da "Qız atası"nın aktrisasının heç yerdə görmədiyiniz qızı - FOTO
-
"Qalatasaray" daha bir futbolçusunu göndərdi
-
Oturduğu yerdə "başına pul yağacaq" - Avqust bu bürclərin ayı olacaq
-
“Uzak Şehir”də gözlənilməz ayrılıq - FOTO
-
Ağıllı saatların insan sağlamlığına təhlükəsi
-
Dişlərinizi belə fırçalayın, bəmbəyaz olacaq
XƏBƏR LENTİ
-
Avropada müalicəsi olmayan virus yayılır
-
"Qarabağ"ın ÇL-də pley-offa yüksələcəyi təqdirdə potensial rəqibi BƏLLİ OLACAQ
-
Bu da "Qız atası"nın aktrisasının heç yerdə görmədiyiniz qızı - FOTO
-
Saat 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə
-
Yasamaldaki görüntülər araşdırıldı - Saxlanılan var
-
Dünya "tikan üstündə" - Bölgədə dumanlar yüksəldi - VİDEO - FOTO
-
Bu valyutalar bahalaşdı
-
"Qalatasaray" daha bir futbolçusunu göndərdi
-
Braziliya Prezidenti Trampa qəzəbləndi: "Bütün sərhədləri aşıb"
-
Oturduğu yerdə "başına pul yağacaq" - Avqust bu bürclərin ayı olacaq
-
“Uzak Şehir”də gözlənilməz ayrılıq - FOTO
-
Yanğının qarşısında tiktok çəkən qızlar saxlanıldılar - VİDEO
-
Duzlu su ilə üzü yuyanda nə olur?
-
Sızanağın yaranmasının əsas səbəbi
-
Normadan artıq duz istifadəsinin FƏSADLARI
-
İmmuniteti möhkəmləndirən əsas qida məhsulları
-
Ağıllı saatların insan sağlamlığına təhlükəsi
-
Enerji içkiləri bu xəstəliklərə səbəb olur
-
Dişlərinizi belə fırçalayın, bəmbəyaz olacaq
-
Bu ərazilərdə işıq olmayacaq
-
Tərtərdə silahlı insident - qazi həbs edildi - YENİLƏNİB - FOTO
-
Bu ağacları həyətə əkmək bədbəxtlik gətirir
-
Çimərlikdə qızlar arasında dava düşdü - VİDEO
-
Günün qoroskopu: xərcləri nəzarətdə saxla