Maraqlı

Tanınmış musiqiçi 30 il özünə ilan zəhəri vurub - XƏSTƏLİYİ SAĞALIB - FOTO

14 Noyabr 2017 23:45
3 Şərh     Baxış: 3 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərəli musiqiçi Stiv Lyudvin 30 il ərzində özünə ilan zəhərindən inyeksiyalar edib. Bunun nəticəsində onun səhhəti qaydaya düşüb, çox xəstəlikləri sağalıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, alimlər onun qanının antitelindən ilk donor antiteli yaratmaq qərarına gəliblər. Bu antitel minlərlə insanı ilan zəhərindən qoruya bilər.

"Mənim etdiyim ağılsızlıqdır. Amma 20 ildir ki, mən qrip və digər virusun nə olduğunu bilmirəm. Bu prosedur ağrılı və təhlükəlidir. Bir dəfə doza yüksək olduğundan reanimasiyaya düşdüm".

51 yaşlı Lyudvin ən təhlükəli ilanların, kobra və qara mambanın zəhərindən inyeksiyalar edib. Hazırda onun qanı ilan zəhərinə qarşı ən yaxşı antiteli daşıyır. Əgər mütəxəssislər bu antitelin surətini çıxara bilsələr, tibdə ilk dəfə olaraq, insan donorundan vaksin hazırlanacaq və ilan sancan insanlar bu vaksinlə xilas olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.