Maraqlı

Bundan sonra “Bluetooth” sistemi daha sürətli olacaq

12 Noyabr 2017 21:34
0 Şərh     Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti "Bluetooth" aksessuarlarını "Android" sistemli qurğulara tez qoşmağa imkan verən yeni "Fast Pair" texnologiyasını təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, funksiya çexolu açan zaman smartfona avtomatik qoşulan "iPhone" və simsiz "AirPods" qulaqcıq istifadəçilərinə tanış gələcək. "Fast Pair" oxşar şəkildə işləsə də, bağlantını iki qurğunu bir-birinə yaxınlaşdırmaqla qurmağa imkan verir.

Bununla bağlı məlumatda qeyd olunur ki, "Fast Pair" funksiyası "Android 6.0", yeni "Google Play Services 11.7" və daha yeni əlavə versiyalarını dəstəkləyən "Android" sistemli smartfonlarla işləyir. Hazırda texnologiyanı "Google Pixel Buds", "Libratone Q Adapt On-Ear" və "Plantronics Voyager 8200" kimi məhdud qulaqcıq modellər sırası dəstəkləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.