Okeanın o tayında dünən "Holliwood Film Awards" mükafatlarının 21-ci təqdimat mərasimi keçirilib.
Milli.Az xəbər verir ki, gecədə Ancelina Coli, Marqo Robi, Dakota Conson, Elizabet Olsen və bir çox başqa ulduzlar iştirak edib.
Ancelina Coli gecə üçün "Jenny Packham" moda evindən boz rəngli atlas parçadan tikilən ziyafət libası seçib. Aktrisa obrazını qırmızı dodaq boyası və "Tiffany & Co" zinət əşyaları ilə tamamlayıb.
Qırmızı xalça üzərində fotoqraflara poza verən aktrisaların şəkillərini təqdim edirik. (publika.az)
Milli.Az