Maraqlı

Microsoft okean dibi ilə kabel çəkdi

17 Oktyabr 2017 08:59
0 Şərh     Baxış: 1 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" şirkəti Atlantik okeanın dibi ilə "Marea" adlı  internet kabelin çəkilməsi üzrə işləri başa çatdırıb. Yeni internet kabelin buraxılış qabiliyyəti saniyədə 160 Tbit təşkil edir ki, bu da adi ev internet xəttinin orta sürətindən 16 milyon dəfə çoxdur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ-ın Virciniya ştatının sahilini İspaniyanın Bilbao şəhəri ilə birləşdirən təxminən 6,6 min km uzunluğunda və 4500 ton ağırlığında olan kabel okeanın dibi ilə çəkilib.

"Microsoft" şirkətinin məlumatına görə, yeni kabelin böyük buraxılış qabiliyyəti internet və "bulud" xidmətlərinə artan tələbatı təmin etməyə kömək edəcək. "Brookings"in araşdırmasına görə, 2020-ci ilədək 5 milyard nəfər internetə çıxış imkanına malik olacaq ki, bu da indiki göstəricidən təxminən iki dəfə çoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.