Maraqlı

"Tənha canavar"ın sevgilisi ABŞ-a aparıldı - VİDEO - FOTO

4 Oktyabr 2017 12:33
0 Şərh     Baxış: 1 299
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bazar ertəsi ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində insanları atəşə tutaraq ölkə tarixində ən qanlı, genişmiqyaslı gülləbaranı gerçəkləşdirmiş 64 yaşlı Stiven Peddokun sevgilisi Meril Denli Filippinin paytaxtı Maniladan ABŞ-a yollanıb.

Milli.Az NBC-yə istinadən bildirir ki, 62 yaşlı M.Denlini ABŞ-ın Federal Təhqiqat Bürosunun əməkdaşları müşayiət edirdilər.

Poker tutqunu olan milyonçu S.Peddok sürəkli olaraq Las-Veqasdakı kazinolarda qumar oynayırdı. "Mandalay Bay" otelindəki nömrədən insanları atəşə tutmazdan 3 gün əvvəlsə o, kazinoda 160 min dollar uduzmuşdu.

Eyni zamanda, onun M.Denlinin Filippinin paytaxtı Maniladakı banklardan birindəki hesaba 100 min dollar köçürdüyü də aşkarlanıb.

M.Denli ABŞ-ı oktyabrın 3-də tərk edərək Manilaya yollanmışdı.

ABŞ mediasının "tənha canavar" adlandırdığı S.Peddok 2015-ci ildə Nevada ştatındakı Meskit şəhərində 400 min dollara aldığı evdə M.Denli ilə yaşayırdı.

"Mandalay Bay" otelinin nömrəsində 23 avtomat və yarıavtomat tüfəngi, minlərlə patronu olan S.Peddok "Route 91 Harvest" musiqi festivalına yığışanları atəşə tutmuşdu. Gülləbaranda 59 nəfər həlak olub, 527 nəfər yaralanıb.

S.Peddokun silahlarını 20 il ərzində topladığı da müəyyənləşib.

Polis əməkdaşları nömrənin qapısını sındıraraq içəri gürənədək S.Peddok intihar edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.